İranın Qarabağda PKK PLANI – Tehran regionda daha hansı təxribatları hazırlayır? – TƏHLİL 

Tehranda Azərbaycan səfirliyinə silahlı hücum, Bakıda İrana cəsusluq edənlərin kütləvi həbsi, Azərbaycan hava məkanının qanunsuz və icazəsiz pozulması - Bunlar Tehran rejiminin Azərbaycana qarşı münasibətinin sadəcə görünən tərəfidir.  

İndi də PKK kartı...  

Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı münasibəti kəskin dəyişən İran rejimi bu dəfə daha çirkin kartlardan istifadəyə cəhd edir.  

Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Tehran rejimi Qərbi Azərbaycan torpaqlarında PKK terror qruplaşmasının onlarla nümayəndəsinə xüsusi təlimlər keçir: 

“Tehran Qərbi Azərbaycan vilayətində Avacıq şəhərinin kəndlərindən birini PKK-nın ixtiyarına verib. Sözügedən ərazi həm Türkiyə, həm də Azərbaycanın Culfa rayonu ilə sərhədə yaxındır. Bu addım Türkiyənin PKK-ya qarşı mübarizəsinə müəyyən əngəllər törədir. İran Cənubi Qafqazda müəyyən dəyişikliklərə hazırlaşır ki, məzh bir neçə gün əvvəl SEPAH yayımladığı videoda Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandırdı. Deyə bilərik ki, İranın nəzarətində olan terror təşkilatlarından və PKK-dan terrorçuları bölgəyə daşınır, Türkiyə ilə Azərbaycana qarşı müharibə hazırlığı gedir”. 


Heç şübhəsiz ki, Azərbaycanda İrana işləyən cəsus şəbəkələrinin ifşa edilməsi də Tehran rejimini qıcıqlandıran əsas amillərdəndir. 

İranlı politoloq Taha Kirmani bildirib ki, digər ölkələrdə sabitliyi pozmaq üçün molla rejiminin əsas kartlarından biri dini radikalizmdir: 

“İran hərbi təyyarəsinin Azərbaycan hava məkanına keçməsini, yaxın vaxtlarda sərhəddə yaxın ərazidə təşkil etdiyi hərbi təlimlərlə eyniləşdirmək olar. İranın belə addımlar atması ilk deyil. İran-Azərbaycan arasında münasibətlər onu deməyə əsas verir ki, bu addım da son olmayacaq. İran hər zaman bölgədə lider olmaq istəyib. Vermək istədiyi mesaj da budur.  

İranın dini radikalizmi nüfuz kimi istifadə etməsi yeni bir şey deyil. 1979-cu ildən sonra (İran İslam İnqilabı) “şiə”liyi nüfuz kimi istifadə etməsi hər birimizə məlumdur. Azərbaycandakı müsəlmanların bir çox hissəsinin şiələrdən ibarət olduğundan, bu, İrana olduqca cazib gəlib. İranın Azərbaycanda arzuladığı model bəlkə də Livan modeli ola bilərdi. Ölkənin tamamı olmasa belə, ona aid bir idarətetmənin olmasını istərdi. Məsələn, Hizbullah kimi.  

İran Azərbaycanın daxili və xarici idarəetməsində iştirak edə biləcək güc istəyirdi. Bu gün görününən tablo isə İranın istəklərinə tam əks olduğunu göstərir. İran dini hər zaman istifadə edib və Azərbaycan mövzusunda da istifadə edəcək. Amma İkinci Qarabağ Müharibəsindən sonra sözügedən faktordan istifadə etmələri elə də asan deyil”. 


İtalyan politoloq Dominiko Letis hesab edir ki, dünya mediasında da İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi ilə bağlı xəbərlər dərc edilir. Sözügedən gərginlik isə Azərbaycandan yox, elə İrandan qaynaqlanır: 

“İki ölkə arasında münasibətlər getdikcə daha da gərginləşir, nəticədə açıq təhdidlər yenidən baş qaldırır və media tərəfindən alovlandırılır. Münasibətlərin bir qədər yumşaldığı dönəmdə silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə basqın edərək mühafizəçini öldürür. Səfirliyə hücum aqressiv ritorikanın közünü yenidən alovlandırıb.  

Bakı İranı səfirliyi qorumamaqda ittiham edir və bəzi analitiklər hücumun arxasında İranın ola biləcəyini düşünürlər. Bir neçə gün ərzində polisin xüsusi əməliyyatı nəticəsində Azərbaycanda fəaliyyət göstərən Tehranın narkobaronlarının adamları olmaqda ittiham olunan qırxa yaxın iranlı həbs edilib. İranla çox diqqətli olmaq lazımdır. İran terroru maliyyələşdirən və İsrailin yox edilməsini istəyən bir ölkədir. İranın Azərbaycana qarşı təxribatları Bakının Qərb və Avropa dünyasına yaxınlığının növbəti nümayişidir. Hansı ki, bu güclər İranın hər gün silmək və məhv etmək istədiyi, hətta atom silahı ilə hədələdiyi qüvvələrdir”. 

Türkiyənin ehtiyatda olan polkovniki Abdullah Cüneyt Küsmez isə vurğulayıb ki, İran etdiyi təxribatlar zamanı bir çox məqamları unudur. Bu, Azərbaycanın Türkiyə ilə müttəfiqliyidir.  



“Sərhədə yaxın ərazilərdə təlimlər keçirməsi, hərbi təlimləri birinci dərəcəli hazırlıq səviyyəsinə gətirməsi böhran vəziyyətini gərginlik səviyyəsinə daşıyır. Məncə bu mövzuda uğurlu ola bilməyəcək. Çünki Türkiyənin Azərbaycana güclü bir dəstəyi İranın Azərbaycana qarşı müharibə ritorikasını məhv edir”, deyə A.C.Küsmez əlavə edib. 

Hər bir halda İranın Azərbaycan üçün çirkin ssenarisi hər birimizə məlumdur. Lakin bir məqamı unudurlar - Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Hər bir təxribatın qarşısını almaq üçün həm mənəvi, həm də fiziki gücümüz mövcuddur. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Mayonezlə pomidor yesəniz nə baş verər?

Mayonezlə pomidor yesəniz nə baş verər?

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

Maşın almaq istəyənlərə mühüm XƏBƏR

Maşın almaq istəyənlərə mühüm XƏBƏR

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Polkovnik vəfat etdi - FOTO

Polkovnik vəfat etdi - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

End of content

No more pages to load

RADİO