Sabah güclü maqnit qasırğası olacaq

Yer kürəsində yaxın saatlarda geomaqnit aktivliyin artacağı gözlənilir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozlaşdırma Mərkəzi 28 avqust üçün G2 səviyyəli, orta güclü geomaqnit qasırğası xəbərdarlığı yayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Günəşdə baş verən güclü alışmalar və onların ardınca kosmosa atılan tac kütlə tullantılarıdır.

Avqustun 25-də Günəşdə M6.9 sinifli güclü alışma qeydə alınıb. Hadisə Yer kürəsinin gündüz tərəfində, o cümlədən Avropa, Afrika və Arktikanın bəzi hissələrində qısamüddətli radioəlaqə pozuntularına səbəb olub.

Alışmanı müşayiət edən tac kütlə tullantılarının Yerə çatması və Günəş küləyinin planetin maqnit sahəsinə təsir göstərməsi nəticəsində 28 avqustda geomaqnit aktivliyin daha da yüksələcəyi proqnozlaşdırılır.

G2 səviyyəli maqnit qasırğası nə deməkdir?
 

NOAA-nın təsnifatına görə, G2 “orta güclü” geomaqnit qasırğası hesab olunur və Kp indeksinin 6 səviyyəsinə uyğun gəlir. Belə hadisələr zamanı yüksək enliklərdə radioəlaqədə müəyyən zəifləmələr, peyklərin fəaliyyətində kiçik dəyişikliklər və enerji sistemlərində gərginliklə bağlı xəbərdarlıqlar müşahidə oluna bilər.


Eyni zamanda, qütb parıltılarının adi vaxtdakından daha aşağı enliklərdə görünmə ehtimalı artır. NOAA-nın məlumatına görə, bu dəfə Şimali Amerika və Avropanın daha cənub ərazilərində də qütb parıltısının müşahidə olunması mümkündür.

Maqnit qasırğaları Günəşdən gələn yüklü hissəciklərin Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan geomaqnit pozuntulardır. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

İranın səfiri Çexiya XİN-ə çağırıldı

İranın səfiri Çexiya XİN-ə çağırıldı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

End of content

No more pages to load

RADİO