XİN başçısı Beynəlxalq Donorlar Konfransında iştirak edib

Martın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  
Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının iştirakı ilə keçirilmiş konfrans Türkiyə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək göstərilməsi məqsədilə təşkil olunub. 

Konfrans çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun, və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın video formatda çıxışlarından sonra Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış Türkiyədə fəlakət sonrası ehtiyacların ilkin qiymətləndirilməsi təqdim edilib.

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun nitqindən sonra isə yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib. 

Konfransda çıxış edən nazir Ceyhun Bayramov, baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən konfransın təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın baş vermiş dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəylik ifadə olunub. 

Baş verən zəlzələnin ilk günlərindən etibarən Azərbaycanın Türkiyəyə dəstəyini nümayiş etdirirək, dərhal axtarış və xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımların göndərildiyi diqqətə çatdırılıb.  

Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri göndərdiyi, bölgəyə 5300 tondan artıq humanitar yük göndərildiyi, indiyə qədər Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb.  
Azərbaycanın bundan sonra da hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb.  

Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.  
Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

End of content

No more pages to load

RADİO