İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib - YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verdi. 

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir. 
Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal seysmiklik nəzərə alınmaqla inşa edilib. 

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Layihə üzrə yolboyu avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. 

Prezident İlham Əliyevə Tərtər rayonunun Talış kəndinin daxili yollarının tikintisi layihəsi barədə də məlumat verildi. Bildirildi ki, kənddaxili yolların ümumi uzunluğu 4,2 kilometrdir. 

Qeyd edək ki, Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.
Yeni yol, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək. 

Bizim.Media

***12:42

Azərbaycan Prezidenti İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Mayonezlə pomidor yesəniz nə baş verər?

Mayonezlə pomidor yesəniz nə baş verər?

End of content

No more pages to load

RADİO