Azərbaycan nə üçün Türk Dövlətləri Təşkilatının təcili toplantısını çağırdı? – SƏBƏBLƏR 

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə toplantısı keçirilir. Tədbirdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, təcili toplantı məhz Azərbaycanın təklifi ilə baş tutub.

Bəs, Azərbaycanın TDT-nin təcili toplantısının keçirilməsi təklifi ilə çıxış etməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, hazırki mərhələdə humanitar məsələlər, eyni zamanda post-pandemiya dönəmində iqtisadiyyatların bərpası, eləcə də, qardaş Türkiyədə zəlzələdən sonra yaranmış humanitar çətinliklərlə bağlı türk dövlətlərinin kordinasiyalı hərəkət etməsi TDT-yə üzv olan ölkələr üçün ümumi ortaq maraq yaradıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək


“Ona görə də, belə vəziyyətdə, şübhəsiz ki, Azərbaycanın müvafiq təşəbbüslə çıxış etməsi yerində və bugünkü çağırışlar baxımından zəruri bir addım idi. TDT-yə üzv olan ölkələrin həm iqtisadi potensialı, həm də fövqəladə vəziyyətlərdə birinin digərinin maraqlarını qoruması kontekstində malik olduğu texniki vasitələr, resurslar, nəqliyyat vasitələri, kadr və texniki potensialı, şübhəsiz ki bütün üzv dövlətlərin belə durumlarda ortaq istifadə edilməsi üçün potensial resurslardır.

Qardaş ölkədə baş verən zəlzələdən sonra, biz bir daha bunun şahidi olduq və gördük ki, Azərbaycan başda olmaqla bütün türk dövlətləri bu təbii fəlakətdən sonra necə aktiv və qısa müddətdə bu prosesə qoşula bildilər.

Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün hər ölkə öz potensialı çərçivəsində iştirak etmiş oldu.

Nəticə etibarilə, bu cür durumlar TDT-nin ortaq və yaxın coğrafi mövqeyinin də baş vermiş hər hansı təbii fəlakətə operativ müdaxiləsini şərtləndirir. Ona görə də, yaranmış vəziyyətdə yeni çağırışların qiymətləndirilməsi, qardaş ölkədə baş vermiş təbii fəlakətin fəsadlarının ən qısa zamanda aradan qaldırılması baxımından türk dövlətlərinin daha nəyi edə biləcəklərinin liderlər səviyyəsində müzakirə edilməsi ondan xəbər verir ki, bənzər hallarda bu ölkələr daha təşkilatlanmış, operativ və səmərəli şəkildə öz resurslarını səfərbər etməkdə maraqlıdırlar”.

Deputat təcili toplantının çağırılmasını zəruri edən digər mühüm məqamlara da diqqət çəkib:

“Eyni zamanda, biz bilirik ki, TDT-yə üzv ölkələrin təhlükəsizliyi məsələləri də bu gün çox aktualdır. Çünki bu gün dünya nizamında kardinal dəyişikliklər yarada biləcək hadisələr baş verir. Ortaq türk coğrafiyasında yeni təhlükəsizlik zərurətləri yaranır ki, bu da ümumi təhlükəsizliyin kollektiv şəkildə təmin olunması məsələlərini aktuallaşdırır.
Düşünürəm ki, TDT liderlərinin bu görüşündə, şübhəsiz ki, bütün bu aktual məsələlər müzakirə olunacaq, Türk dünyasının təhlükəsizlik, humanitar və fövqəladə hallarda özünü qoruması ilə bağlı yeni zəruri çərçivələr müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

End of content

No more pages to load

RADİO