Fərid Şahbazlı: "Türk dünyası ölkələrinin gəncləri arasında əməkdaşlığın böyük potensialı var"

"Türk dünyası ölkələrinin gənclər siyasətinə məsul qurumları ilə Azərbaycanın müvafiq qurumları, gənclər təşkilatları arasında əməkdaşlığın çox böyük perspektivi və potensialı var. Eyni zamanda Türk dünyası gənclərinin Azərbaycana xüsusi bir marağı və diqqəti var. Özbəkistan və Qazaxıstana səfərimiz çərçivəsində bu diqqəti ciddi şəkildə hiss etdik". 

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan-Özbəkistan Gənclərinin Birinci Dostluq və Həmrəylik Forumun təşkilatçısı "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Editor.az 44 günlük müharibədə qələmini süngüyə çevirdi” – Fərid Şahbazlı ilə MÜSAHİBƏ


Birlik sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Türk Dövlətləri Təşkilatı, TÜRKPA və digər beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda ikitərəfli qaydada Türk dünyası ölkələri ilə qurduğu yüksək əlaqələr öz real bəhrəsini verməkdədir:

"Bu gün Azərbaycan qardaş Türkiyə ilə birlikdə Türk dünyası ölkələri arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, inteqrasiya prosesinə liderlik edir. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Cənab Prezidentin xarici ölkələrə səfərlərinin son xronologiyası sübut edirki, Azərbaycan türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada mövqeyinin daha da möhkəmləndirilməsi işinə ciddi töhfələr verir”. 

Fərid Şahbazlı bildirib ki, yaxın keçmişdə Qazaxıstan və Özbəkistanda səfərlərdə olub, bir sıra önəmli işgüzar görüşlər keçiriblər:

"Bu ölkələrin dövlət qurumlarında, gənclər siyasətlərinə məsul təşkilatlarında, universitetlərində, media qurumlarında çoxsaylı görüşlər keçirdik. Reallıq ondan ibarətdir ki, bu iki qardaş ölkələrdə Azərbaycanın inkişaf modelinə, gənclər siyasətinə, ümumiyyətlə ölkəmizin tarix və mədəniyyətinə böyük maraq var. Türk dünyasının sürətlə inkişaf edən ölkəsi kimi Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət bu ölkələrin gəncləri, mediası tərəfindən ciddi şəkildə öyrənilir. Azərbaycanın Qarabağda yazdığı Zəfər tarixi bütün Türk dünyasında böyük ruh yüksəkliyinə səbəb olub. Türk dünyası ölkələrinin gəncləri Azərbaycana səfər etmək, ölkəmizin inkişaf tempi, həqiqətlərimizlə yaxından tanış olmaq istəyirlər. Eyni zamanda gənclər təşkilatları, universitetlər birgə ortaq layihələrin icrasına böyük maraq göstərirlər”. 

F.Şahbazlı deyib ki, "İslahatçı Gənclər” İctimai Birliyi olaraq, bu istiqamətdə müvafiq dövlət qurumları ilə koordinasiya edilmiş şəkildə bir sıra layihələr reallaşdırmağı nəzərdə tuturlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

End of content

No more pages to load

RADİO