İranın sərhədimizdəki təyyarə təxribatının səbəbləri bəlli oldu - TƏHLİL

Xəbər verdiyimiz kimi, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Rəsmi açıqlanan məlumata görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

İranın bu təxribatı cavabsız qalmayıb. Belə ki, martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

İran mətbuatına nəzər saldıqda, hadisənin qəsdən törədildiyinə şübhə yeri qalmır. Ümumi tezis isə bundan ibarətdir ki, İran tərəfi təyyarəni sərhədimizə göndərməklə Azərbaycana “xəbərdalıq” etməyi hədəfləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan Azərbaycana qarşı daha bir TƏXRİBAT – VİDEO


İranlı siyasi şərhçi, Azərbaycana qarşı radikal fikirləri ilə fərqlənən Ehsan Movəhhediyanın tviti də buna əyani sübutdur:

"İran Arazın şimalındakı itirilmiş torpaqlarla sərhədimiz boyunca hərbi təyyarələr uçuraraq, Azərbaycan hakimiyyətinə xəbərdarlıq etdi ki, İsrailin ölkə sərhədi yaxınlığında olmasına daha dözməyəcək. Əgər Azərbaycan sionistlərə yaxınlaşmaqda israr edirsə, ağır bədəl ödəməlidir. Növbəti dəfə nə uçacaq?".

Göründüyü kimi, molla rejiminə yaxınlığı ilə tanınan Movəhhediyan edilən təxribata haqq qazandırmaqla yanaşı, ölkəmizi təhdid etməkdən də çəkinmir. Digər tərəfdən, İran Azərbaycana qarşı siyasətində yenidən “sionizm” kartını ön plana çıxarmağa çalışır. Lakin bu əsassızdır. Çünki Azərbaycan dəfələrlə rəsmi qaydada İranın İsraillə bağlı iddialarını təkzib edib. Deməli, molla rejimin dərdi başqadır.

Bəs, Tehranı hərəkətə keçirən nədir?

Qeyd etdiyimiz kimi, “sionizm” kartının ortaya atılması ehtimalı hər nə qədər reallıqdan uzaq olsa da, Tehran rejiminin məntiqsizliyi bu variantı tamamilə gözardı etməyə imkan vermir. Ola bilər ki, İran təyyarəsini sərhədimizə göndərməklə Azərbaycanın, eyni zamanda Türkiyə və İsrailin nəbzini yoxlamağa çalışıb.

Lakin təxribatın digər səbəblərini görmək üçün regionda baş verən son proseslərə nəzər salmaqda fayda var. Ələxsus da, Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ ətrafında cərəyan edənlər, böyük ehtimalla, İranı narahat edib.

Məlumdur ki, son günlərdə separatçıların sülhməramlıların da yardımı ilə Qarabağa qanunsuz silah daşıdıqları üzə çıxdı və Azərbaycan bunu cavabsız qoymadı. Eyni zamanda, Azərbaycan dövlət qurumlarının hadisə ilə bağlı açıqlamalarında birmənalı şəkildə Laçın yolunda nəzarət postlarının qurulmasının vacibliyi qeyd olunur. Proseslərin gedişi yaxın zamanda Azərbaycanın Laçın yolunu nəzarətə götürəcəyini deməyə əsas verir.

Və bu İranı narahat etməyə bilməz. Çünki Qarabağda separatçı rejimin fəaliyyətini davam etdirməsinə ən çox maraq göstərən tərəflərdən biri elə Tehran hökumətidir. Siyasi maraqlarla yanaşı, separatçı rejimin İranın iqtisadi tərəfdaşı olduğu da bir faktdır.

Eyni zamanda, ötən həftə Türkiyə mətbuatı, İranın Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsinə terrorçular göndərmək planını ifşa etdi.

Laçın yolunun nəzarəti isə İranın bu planının faktiki iflası deməkdir. Bundan əlavə, Laçın yolunda nəzarətin qurulması, Zəngəzur dəhlizinin reallaşmasında son maneələrdən birinin aradan qalxması anlamına gəlir.

Bir sözlə, İran regionda təsir gücünü və proseslərə təsir rıçaklarını itirdikcə, təhdid dilini işə salmağa başlayıb. Ancaq bu, hər zaman olduğu kimi, indi də işə yaramayacaq və mollalar regionda olan-qalan nüfuzunu da itirməkdən başqa heç nəyə nail olmayacaqlar.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

End of content

No more pages to load

RADİO