X Qlobal Bakı forumu Azərbaycana NƏ VERDİ? – Yeni BEYİN MƏRKƏZİ formalaşır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ölkəmiz, yaşadığımız bölgə və dünya üçün mühüm hadisədir. 

Bakı Forumu Azərbaycanın dünya miqyasında əhəmiyyətli bir ölkə olduğunu, dünyanın, xüsusən də 44 günlük müharibədə qələbədən sonra, ölkəmizlə hesablaşdığını bir daha ortaya qoydu. Bu platforma ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir. Onun nəticəsidir ki, tədbirdə dünya düzəninə təsir edən bir sıra mühüm şəxslər, 4 prezident, 2 baş nazir, 6 spiker BMT-nin 5 qurumunun rəhbərliyi, 25 sabiq prezident və 21 sabiq baş nazir olmaqla 61 ölkədən 360 nümayəndə iştirak edir. 

Qlobal Bakı Forumu öz effektivliyini həm də onunla sübut edir ki, burada müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. 

Bakı Forumu dünyanın geosiyasi düzəninə əhəmiyyətli töhfələr verir.

Forumda dünya nizamını təhdid edən mühüm problemlər müzakirə olunur. 

Tədbirdə dünyanın enerji təhlükəsizliyin də yaranan təhdidlərin həlli yolları barədə fikir mübadiləsi aparılır. Bu mənada Forum həmçinin, Azərbaycanın indiki şəraitdə Avropanın enerji təhlükəizliyində oynadığı mühüm rolun ciddi diqqət mərkəzində olduğunun göstəricisidir. 

X Qlobal Bakı Forumu sülh, təhlükəsizlik, əməkdaşlıq çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platformadır. Çünki burada həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklərlə mübarizə kimi mühüm mövzular ətrafında da diskussiyalar aparılır. 

Bakı Forumu dünyada yoxsulluğun qarşısının alınmasına da mühüm töhfə verir. Onun nəticəsidir ki, tədbirdə qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzular barəsində də söhbətlər aparılıb. 
Qlobal Forumda Bakı sülh quruculuğu ilə əlaqədar təcrübə və səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim edib.

Forum dünyada yeni beyin mərkəzlərinin formalaşdığını da elan edir. Öz işi ilə göstərir ki, yanlış istiqamətlərə sürüklənən bəşəriyyəti dayandırmaq üçün Yer kürəsində düşünən insanlar da var.

Elə xalqlar da var ki, dünya güclərinin biçdiyi yolla getməklə səadət tapmayıblar. Dünyanın ədalətini yalınız siz müəyyən edə bilməzsiniz, bu həm də xəbərdarlıqdır. 

X Qlobal Bakı Forumu dünyanın ciddi diqqət mərkəzindədir. Onun nəticəsidir ki, dünyanın aparıcı mətbu orqanlarında forum və onun əhəmiyyəti barədə mühüm məqalələr yer alıb.
İtaliyanın Nova agentliyi, “Askanews.it portalı, İspaniyanın “Evropapress, “ABC İnternacional” portalları, Türkiyənin “Hürriyyət” nəşri, habelə Moldova, Xorvatiya, Bosniya və Hersoqovina, Misir mətbuatı bu forumu geniş şəkildə işıqlandırıb. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO