Qarabağda baş verən son insidentdə Qərb, yoxsa Rusiya maraqlıdır? - ŞƏRH

Qarabağda ermənilərin törətdiyi son təxribat istər-istəməz qarşılıqlı etimada vurulan zərbədir.

Bunu dəyərləndirmək üşün çox da baş sındırmağa ehtiyac yoxdu. 

Bildiyimiz kimi, martın 6-da Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistanın hərbi ləvazimatları, silah-sursat və şəxsi heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.

Bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və iki Azərbaycan əsgəri şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb. 

Aydın şəkildə hiss olunur ki, bu insident son zamanlar tərəflər arasında müəyyən dərəcədə artan qarşılıqlı etimadı sarsıtmağa hesablanmış bir addım olub. Tərəflərin son zamanlar səsləndirdikləri bəzi müsbət jestlər görünür kimlərinsə marağına toxunub. Ona görə də bu sayaq insidentlər, təxribatlar törətməklə yaranan qarşılıqlı etimadı sarsıtmağa çalışıblar.

Görəsən, bunu etməkdə maraqlı tərəflər kimlərdir? Bu insidentdə, Rusiya, erməni revanşistləri, yoxsa, Qərb maraqlıdır? Ehtimal daha çox kimin üzərində dayanır?

Bizim.Media-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, hazırda Qarabağ həm Rusiya, həm Qərb üçün “zəif bənd” olmaqla yanaşı, həm də regionda varlıqlarını təsbit etmək üçün açar rolunu oynayır:

“Bu gün regionda xüsusən də Azərbayca-Ermənistan münasibətləri kontekstində, həm də Azərbaycan ərazisi olan Qarabağda vəziyyət böhrana sürüklənib. Buna əsas səbəb isə regionda qlobal güclərin pərdəarxası savaşıdır. Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Azərbaycan-Ermənistan münasibətləri prosesində Moskva artıq əhəmiyyətli dərəcədə iştirak etmir. Rusiya 10 noyabr sənədinə sıxışdırılmış vəziyyətdədir.

Rusiyanın Zəngəzur dəhlizinə nəzarət cəhdinə İrəvan imkan vermədi. Sərhədlərin müəyyənləşməsində də Moskvanın ciddi fəaliyyəti yoxdur. İrəvan KTMT qoşunlarının sərhədə gəlməsinə icazə vermədi, əvəzində Avropa İttifaqının müşahidə missiyasını dəvət etdi. Digər tərəfdən, ABŞ-ın tövsiyyəsi ilə Bakı ilə İrəvan arasında onlayn diplomatiya prosesi gedir. Yəni bunlar hamısı Rusiyasız baş verir”. 

Ekspert qeyd edir ki, belə vəziyyətdə son insident daha çox Moskvanın maraqlarına cavab verir: 

“Ona görə də indi Kreml əsas diqqəti Qarabağda varlığını sürdürməyə yönəldib. Çünki Rusiya Qarabağdan çıxarılarsa, bu nütövlükdə onun Cənubi Qafqazdan çıxarılması anlamına gələcək. Ona görə ki, rus qoşunlarının Qarabağdan çıxması onların Ermənistandan çıxmalarının “giriş qapısı”dır. Ermənistandan Qarabağa silah daşınmasına şərait yaradan, onları müşayiət edən də rus qoşunlarıdır. Rusiy belə hərəkətlərilə Qarabağda varlığını sürdürmək və beləliklə Azərbaycan və Ermənistana təzyiq imkanlarını saxlamağı hədəfləyib”. 

Həmsöhbətimiz bildirir ki, Qarabağ kimi “zəif bənd”dən istifadə edən ABŞ və Aİ bu gün Ermənistana müşahidə missiyası adı altında gəlibsə, növbəti mərhələdə anoloji missiya ilə Qarabağa da gəlməyə cəhd edəcək: 

“Yəni Ermənistana gələn həmin missiya Qarabağın giriş qapısını açmaq üçündür. Ona görə də Bakı bu zəif bəndi bağlayaraq, həll etməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO