İlham Əliyev BMT-nin ali nümayəndəsini qəbul etdi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Bizim.Media xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını BMT-nin Baş katibinə çatdırmağı xahiş edib.

Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirib, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmasların həyata keçirildiyini vurğulayıb. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, bu Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış etdiyini deyib.

Migel Anxel Moratinos Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib.

O, BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini deyib və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunda Azərbaycanın Hərəkata sədrliyinin başa çatacağını bildirib və ölkəmizin sədrlik dövründə çox yaxşı bir irs qoyduğunu deyib.
Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO