XİN: Qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır

Qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə mətbuata məlumatında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda erməni quldur dəstələrinə qarşı XÜSUSİ ƏMƏLİYYAT davam edir


Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam edib.

Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib.

Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib.

Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar vardır. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir.

Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.
Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

End of content

No more pages to load

RADİO