Allahşükür Paşazadə ABŞ mətbuatına müsahibə verdi - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başcılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərinin sonuncu günündə Solt-Leyk Siti şəhərindəki Humanitar Yardım Mərkəzində olub.

İdarənin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti barədə məlumat verilib.

Qeyd edilib ki, burada etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən, hərbi-siyasi qarşıdurmalardan zərər çəkmiş, ehtiyacı olan insanlar üçün yardımlar tədarük edilir və göndərilir.
Böyük ərazini əhatə edən mərkəzin nəzdində qablaşdırma müəssisələri, istehsal sahələri və təlim kursları fəaliyyət göstərir. Təkcə 2021-ci ildə buradan müxtəlif ünvanlara təqribən bir milyard ABŞ dolları məbləğində yardım göndərilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin Yuta ştatında fəaliyyət göstərən Xədicə məscidinin dini icmasının üzvləri ilə görüşüb.

İcmanın sədri Salman Məsud nümayəndə heyətinin üzvlərini buradakı fərqli müsəlman dini icmaların ictimai həyatda iştirakı, fəaliyyət prinsipləri, İslam dəyərlərinin qorunması və inkişafı istiqamətində gördüyü işlər haqqında ətraflı məlumatlandırıb.

Sonra Xədicə məscidində Cümə namazı qılınıb.

Cümə xütbəsindən sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dindarlara müraciətində İslam dininin qardaşlıq, həmrəylik, sülh və yardımlaşma dini olduğunu, məzhəb və təriqətindən asılı olmayaraq, müsəlmanların mənəvi birliyinin önəmini vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə səfərin yekunları ilə bağlı yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa Ukraynaya "Patriot" sistemləri üçün doqquza qədər raket verib

Polşa Ukraynaya "Patriot" sistemləri üçün doqquza qədər raket verib

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Buzovna çimərliyində qadın boğuldu

Buzovna çimərliyində qadın boğuldu

End of content

No more pages to load

RADİO