Azərbaycan və Türkmənistan prezidentləri GÖRÜŞÜB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Türkmənistan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə aktiv şəkildə fəaliyyət göstərdiyini vurğuladı və bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd edib. O, həmçinin pandemiyaya qarşı mübarizəyə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi diqqətin yetirildiyini vurğulayıb. 

Prezident İlham Əliyev Zirvə görüşündə iştirakına görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirib, bu Zirvə görüşü əsnasında ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkanların da olduğunu deyib.
Dövlətimizin başçısı Azərbaycanın Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirdiyini qeyd edib, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaqda olduğunu qeyd edib. Ölkəmizin Hərəkatın beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın bu xüsusda bir sıra təşəbbüslərlə çıxış etdiyini deyib. Eyni zamanda, diqqətə çatdırıb ki, bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.

Ölkələrimiz arasında mövcud olan çox sıx siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanla Türkmənistanın enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malik olduqlarını qeyd edib.
Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək

Ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək

Lukaşenko: “Mən Zelenski deyiləm ki, Trampın yanına pul və silah dalınca qaçım” - VİDEO

Lukaşenko: “Mən Zelenski deyiləm ki, Trampın yanına pul və silah dalınca qaçım” - VİDEO

Latviya və Litva Fitsonun təyyarəsini Moskvaya buraxmayacaq

Latviya və Litva Fitsonun təyyarəsini Moskvaya buraxmayacaq

Pezeşkian: ABŞ-ın İranı nüvə proqramı hüququndan məhrum etməyə haqqı yoxdur

Pezeşkian: ABŞ-ın İranı nüvə proqramı hüququndan məhrum etməyə haqqı yoxdur

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Bu xəbərdən sonra zəlinin qiyməti YÜKSƏLDİ

Bu xəbərdən sonra zəlinin qiyməti YÜKSƏLDİ

“Sabah”ın zədəli futbolçusunun son durumu bəlli oldu

“Sabah”ın zədəli futbolçusunun son durumu bəlli oldu

Londonda sinaqoqa hücum edildi

Londonda sinaqoqa hücum edildi

Zelim Kotsoyev bürünc medal görüşündən kənarlaşdırıldı

Zelim Kotsoyev bürünc medal görüşündən kənarlaşdırıldı

Bu gün DİM növbəti imtahanlar keçirib

Bu gün DİM növbəti imtahanlar keçirib

Nəriman oynadı, komandası məğlub oldu - VİDEO

Nəriman oynadı, komandası məğlub oldu - VİDEO

XƏBƏRDARLIQ: Süni intellekt bizi aldada bilər - VİDEO

XƏBƏRDARLIQ: Süni intellekt bizi aldada bilər - VİDEO

“Xilasedici” Azərbaycan çempionu oldu

“Xilasedici” Azərbaycan çempionu oldu

Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavoduni vurdu

Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavoduni vurdu

Cüdoçumuz bürünc medal uğurunda yarışacaq - FOTO

Cüdoçumuz bürünc medal uğurunda yarışacaq - FOTO

Niderland və Belçika parlamentlərində Azərbaycana qərəzli mövqe - VİDEO

Niderland və Belçika parlamentlərində Azərbaycana qərəzli mövqe - VİDEO

Bakıda qəza anı kameralara düşdü - VİDEO

Bakıda qəza anı kameralara düşdü - VİDEO

Ramil Həsən: “Biz türkük, eyni millətin övladlarıyıq”

Ramil Həsən: “Biz türkük, eyni millətin övladlarıyıq”

Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi

Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi

Məktəb direktorunun müavini VƏFAT ETDİ - FOTO

Məktəb direktorunun müavini VƏFAT ETDİ - FOTO

Xersonda avtomobilə zərbə endirildi - Ölən və yaralananlar var

Xersonda avtomobilə zərbə endirildi - Ölən və yaralananlar var

Bakıda Dünya kuboku bu gün BAŞA ÇATIR

Bakıda Dünya kuboku bu gün BAŞA ÇATIR

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

“Sabah” növbəti tur ÇEMPİON ola bilər

“Sabah” növbəti tur ÇEMPİON ola bilər

End of content

No more pages to load

RADİO