İran hakimiyyətinin Urmiya DÜŞMƏNÇİLİYİ – Göl quruyarsa, bölgəni hansı fəlakətlər gözləyir?

İran hakimiyyətinin Cənubi Azərbaycana münasibətdə diskriminasiyaya yol verdiyi heç kimə sirr deyil. Molla rejimi bütün inzibati metodları işə salaraq, müxtəlif sahələrdə Güneyə təzyiq edirlər. Durumun xüsusilə ağır olduğu sahələrdən biri də bölgənin ekologiyasıdır. Urmiya gölünün vəziyyəti isə daha acınacaqlıdır.

Gölün quruması ilə bağlı ekoloqlar artıq həyəcan təbili çalırlar. Mütəxəssislər, Urmiya gölünün ən geci 2024-cü ilin yayında tamamilə quruyacağını bildirirlər.

Urmiyanın qurumasının başlıca səbəbi

İran hakimiyyəti uzun illərdir ki, gölün qurumasını təbii amillərlə əlaqələndirməyə çalışır. Lakin araşdırmalar onu göstərir ki, təbii təsirlər Urmiyanın qurumasında cəmi 20 faiz rola malikdir. 

Coğrafiya elmləri doktoru Ənvər Əliyevin sözlərinə görə, gölün suyunun sürətlə azalmasının başlıca səbəbi antropogen faktorlardır:

“Gölün ətrafında yaşayan əhalinin əksəriyyəti, azərbaycanlılar, türklərdir. İranın sanksiyalara məruz qalması və əhali sayındakı artım isə əhalini təsərrüfat sistemini daha da genişlənməsinə, yeni sahələrin yaranmasına səbəb oldu. Bu, durumu daha da ağırlaşdırdı. Burada əhali sayının artımını xüsusuilə qeyd etməliyik. Çünki son 30 illə müqayisədə sözügedən regionda əhali sayı 2-3 dəfə artıb. Hər yeni doğulan uşaqsa, əlavə 200-250 litr əlavə su məsrəfi deməkdir. Və təsəvvür edin ki, əhalinin artım sayı on minlərlədir... Bir sözlə, gölün sutoplayıcı sahəsi (gölü qidalandıran çayların cəmi) əhalinin sayının artması və təsərrüfat sisteminin böyüməsi də məhz gölün qurumasına səbəb olub”.

Qəsd, yoxsa yarıtmazlıq?

Urmiyada suyun azalması ilə bağlı ilk həyəcan təbili ötən əsrin 80-ci illərindən çalınmağa başlandı. Məsələ ilə bağlı güneyli aktivistlər BMT-yə də müraciət ünvanladılar. BMT təhlükəli vəziyyətlə bağlı İran hökumətinə müraciət etsə də, bu nəticəsiz qaldı. Və artıq 10 ildən çox müddətdir ki, molla rejimi BMT nümayəndələrinin bölgəyə səfərinə maneələr törədir.

Gölün quruması 2003-cü ildən başlayaraq daha təhlükəli həddə çatdı. İran hakimiyyəti tərəfindən Urmiyanın qurumasının qarşısını almaq üçün vaxtaşırı tədbirlər planın hazırlandığı ilə bağlı açıqlamalar verilirib. Məsələn, 2013-cü ildə Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın büdcə vəsaitinin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat vermişdi. 
Ancaq Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun “yalan danışdığını” söyləyib. O, Araz çayından gölə su gətirmək üçün bir milyard dollar maliyyə vəsaitinin lazım olduğunu qeyd etmişdi.

Son olaraq, ötən ilin iyulunda İran hökuməti gölün qorunması üçün 8 milyon dollar vəsait ayrıldığını açıqladı. Lakin bunun da faydası olmadı. Ümumilikdə, Urmiya gölünü xilas etmək üçün hökumətin icra etdiyi 27 planın hamısı müəmmalı şəkildə uğursuz olub.

Güneyli fəal Çingiz Göytürk isə İran hakimiyyətinin Urmiya gölünün qurudulmasında maraqlı olduğunu bildirir:

“Bu bölgə 1975-ci ildə milli park elan olunmuşdu. Bunun qorunması dövlətin, hakimiyyətin vəzifələrindən biri idi. Ancaq 2006-cı ildən bəri bölgədə aparılan fəaliyyətlərə nəzər saldığımız zaman biz görürk ki, dövlətin bu sahədə apardığı fəaliyyətlərin və xüsusi kəsimlərə yaratdığı imkanlar tamamilə milli park anlayışını ortadan qaldırmağa və bu gölün qurudulmasına yönəlik fəaliyyətlərin planlı, proqramlı bir şəkildə aparılmasına yönəlik olmuşdur. 

Belə ki, gölə axan suların hamısının üzərində bəndlər yaradılması , birbaşa, Enerji Nazirliyi bəndlərin qurulması və bir sıra SEPAH-a məxsus olan balıqçılıq firmaları tərəfindən süni göllər yaradılması, kənd təsərrüfatı üçün nəzərdə tutulmayan ərazilərin, əkin üçün ayrılması, Urmu gölünü bəsləyən çayların məhz bu əkinçilik məsələlərinə yönəldilməsi, Urmu gölünün qurumasının əsas səbəbləridir. Urmu gölünün quruması açıq-aşkar bütün dünyanın diqqət mərkəzində olduğunu nəzərə alsaq, biz açıq bir şəkildə görürük ki, İran hakimiyyəti xüsusi israrla öz siyasətini davam etdirməkdə və gölü qurutmaqda maraqlıdır”.

Urmiya quruyarsa...

Ənvər Əliyev gölün qurumasının ekosistemə də ciddi ziyan vurduğunu bildirib:

“Lakin problemin qarşısını almaq üçün çıxış yolu yoxdur. Çünki əhali artır, su mənbələri də buna tərs mütənasib olaraq azalır. Nəticədə nə olursa olsun, problemli vəziyyət yaranır. Əgər ayrılan vəsaitdən səmərəli şəkildə istifadə olunsa, qeyd olunan tələblər yerinə yetirilsə, bəlkə də Urmiyanı müəyyən qədər xilas etmək olar. Lakin gölün əvvəlki vəziyyətinə qaytarmaq çətin məsələdir”.

Urmiya gölünün quruması sosial və tarixi cəhətlərdən də ciddi böhrana səbəb olacaq. Belə ki, gölün quruması 5,200 kv.km-lik duz səhrasının yaranması deməkdir ki, bu da ətraf ərazilərdə yaşayan əhalini, əksərən azərbaycanlıları kütləvi köçə məcbur edəcək. Bu isə bölgənin demoqrafik durumunun dəyişməsi deməkdir. Bir çox siyasi şərhçilər molla rejimin məhz azərbaycanlıları bölgədən uzaqlaşdırmaq üçün Urmiya gölünü məhv etdiyi qənaətindədirlər. Digər tərəfdən, Urmiya gölü Azərbaycan, türk tarixində önəmli rola malikdir. Hələ eramızdan 3 min il əvvəl, ilk dövlət qurumlarımız bu ərazidə yaranıb. 

Eyni zamanda, sabiq təhsil naziri, türkoloq-alim Firudin Cəlilovun fikrincə, türklər ilk dəfə tarix səhnəsinə məhz Urmiya gölü hövzəsindən çıxıblar. Onun sözlərinə görə, hələ 6500 il əvvəl ilk türk ailələri bu bölgədə yaşamağa başlayıblar. Sonrakı dövrdə bir neçə dəfə kütləvi köçlərlə türklər Urmiyadan Mərkəzi Asiyaya gediblər.
Yəni, Urmiyanın ekoloji, tarixi və sosioloji əhəmiyyəti olduqca böyükdür. Molla rejimindən isə mədət ummağa dəyməz. Və göründüyü qədərilə, mollalar hakimiyyətdən getmədən Urmiya faciəsinin qarşısını almaq mümkün olmayacaq...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Gəncədə ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Gəncədə ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO

Tramp: İran imtina edərsə, ölkədəki hər bir elektrik stansiyası sıradan çıxarılacaq

Tramp: İran imtina edərsə, ölkədəki hər bir elektrik stansiyası sıradan çıxarılacaq

End of content

No more pages to load

RADİO