Prezidentdən Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş konfrans iştirakçılarına MÜRACİƏT 

Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları! 

Sizi – Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunan “Ali məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfrans çərçivəsində məhsuldar müzakirələr arzulayıram. 

Müasir Azərbaycan Respublikasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu sahəsində əsaslı tədbirlər görülmüş, o cümlədən yeni məhkəmə-hüquq sisteminin təsis edilməsi ilə bağlı tarixi qərarlar qəbul edilmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəmə orqanları fəaliyyətə başlamışdır. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süquta uğraması səbəbindən Azərbaycanda kassasiya instansiyası məhkəməsinin yaradılması yalnız ölkə tarixinin növbəti mərhələsində mümkün olmuşdur. 

1923-cü ildə təsis edilmiş ali məhkəmə orqanı sovet dövrünün bütün çətin sınaqlarından keçmiş, məhkəmə sisteminin təkmilləşdirilməsində, hüququn və onun tətbiqi təcrübəsinin zənginləşdirilməsində, peşəkar milli hüquqşünas kadrların yetişdirilməsində iştirak etmişdir. 
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi müəyyənləşdirilmiş, Ali Məhkəmə başda olmaqla müstəqil, üçpilləli məhkəmə sistemi təsbit edilmişdir. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində, mütərəqqi hüquqi yanaşmalar və modellər nəzərə alınmaqla, müasir Azərbaycan məhkəmə sisteminin yaradılması məqsədilə fundamental islahatlar aparılmışdır. 

Məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir.

Qeyd edilən istiqamətlərdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsində Ali Məhkəmənin xüsusi rolu vardır.

Ali Məhkəmə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi institutlarının formalaşdırılması sahəsində məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirməli, insan hüquqlarının müdafiəsinə yönəlmiş yeni hüquqi mexanizmlərin müəyyənləşdirilməsinə, məhkəmələrdə hüquqi məsələlərin həllində vahid təcrübənin təmin edilməsinə töhfə verməlidir. 

Müasir cəmiyyətlərin qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsi institutlarının da fəaliyyətinə təsir göstərir. Pandemiyalar daxil olmaqla müxtəlif böhran vəziyyətlərində məhkəmələrin insanlar üçün əlçatanlığının, bununla belə məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt elementlərinin tətbiqi, eyni zamanda, bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi, ictimai münasibətlərin sürətlə dəyişməsi ilə əlaqədar hüququn təkamülü və onun sabitliyinin qorunması məqsədləri arasında effektiv balansın təmin edilməsi kimi məsələlər belə çağırışlar sırasındadır. 

Ümidvaram ki, bugünkü beynəlxalq konfrans çərçivəsində müasir çağırışların müzakirəsi ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına, bununla da cəmiyyətimizin tərəqqisinə dəyərli töhfə verəcəkdir. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini və işçilərini 100 illik yubiley münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayıram!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Serbiya Ukraynaya yeni humanitar yardım paketi verəcək”

Zelenski: “Serbiya Ukraynaya yeni humanitar yardım paketi verəcək”

Lionel Messinin atası vəfat etdi

Lionel Messinin atası vəfat etdi

Barmaq çıtlatmaq vərdişi təhlükəlidirmi? – Mütəxəssislərdən AÇIQLAMA

Barmaq çıtlatmaq vərdişi təhlükəlidirmi? – Mütəxəssislərdən AÇIQLAMA

FHN su hövzələri ilə bağlı vətəndaşlara müraciət edib

FHN su hövzələri ilə bağlı vətəndaşlara müraciət edib

Dreldən qopan parça gözünə girdi – 2 saatlıq əməliyyat keçirdi - FOTO

Dreldən qopan parça gözünə girdi – 2 saatlıq əməliyyat keçirdi - FOTO

Bakıda işlədiyi evdən 10 min manat oğurlayan şəxs SAXLANILDI

Bakıda işlədiyi evdən 10 min manat oğurlayan şəxs SAXLANILDI

Hikmət Hacıyev: “İlham Əliyev müharibəni, həm də sülhü qazanıb” – VİDEO

Hikmət Hacıyev: “İlham Əliyev müharibəni, həm də sülhü qazanıb” – VİDEO

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Yandırılaraq öldürülən ər-arvadın FOTOSU

Yandırılaraq öldürülən ər-arvadın FOTOSU

Hava ilə bağlı XƏBƏRDARLIQ: 41 dərəcə isti olacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ: 41 dərəcə isti olacaq

Bakıda taksidən pul və bank kartları oğurlayan şəxs TUTULDU

Bakıda taksidən pul və bank kartları oğurlayan şəxs TUTULDU

Təkliyə daha çox ehtiyac duyan insanlar bu aylarda doğulur

Təkliyə daha çox ehtiyac duyan insanlar bu aylarda doğulur

Ultra-emal olunmuş qidalar əvəzinə bunları sınayın- mütəxəssislər açıqladı

Ultra-emal olunmuş qidalar əvəzinə bunları sınayın- mütəxəssislər açıqladı

Vaşinqtondan başlayan yeni mərhələ: Azərbaycanın diplomatik uğurunun BİR İLİ

Vaşinqtondan başlayan yeni mərhələ: Azərbaycanın diplomatik uğurunun BİR İLİ

Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya QALİB GƏLDİ

Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya QALİB GƏLDİ

Ən çox turist bu rayona gedib

Ən çox turist bu rayona gedib

Nəhəng asteroid Yerə doğru yaxınlaşır

Nəhəng asteroid Yerə doğru yaxınlaşır

Xəzər dənizindəunikal TAPINTI: suyu təbii təmizləyir - FOTO

Xəzər dənizindəunikal TAPINTI: suyu təbii təmizləyir - FOTO

Doğum tarixinizə görə sizi ruhlandıran mahnı hansıdır?

Doğum tarixinizə görə sizi ruhlandıran mahnı hansıdır?

“Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı”

“Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı”

Dünyanın ən gözəl sözləri SEÇİLDİ – Türk dilində bu SÖZDÜR

Dünyanın ən gözəl sözləri SEÇİLDİ – Türk dilində bu SÖZDÜR

Gecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu

Gecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu

“Vaşinqton görüşü Cənubi Qafqaz diplomatiyasında dönüş nöqtəsidir”

“Vaşinqton görüşü Cənubi Qafqaz diplomatiyasında dönüş nöqtəsidir”

İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: Səbəb Rusiya ilə bağlıdır

İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: Səbəb Rusiya ilə bağlıdır

End of content

No more pages to load

RADİO