“Vaşinqton görüşü Cənubi Qafqaz diplomatiyasında dönüş nöqtəsidir”

“Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin birinci ildönümü regionda formalaşan yeni geosiyasi reallığın yenidən qiymətləndirilməsinə səbəb olub”​.

Bizim.Media xəbər verir ki, bunu "apa.az"a açıqlamasında türkiyəli siyasi şərhçi Dr. Canan Tercan deyib.

O hesab edir ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi və geoiqtisadi arxitekturası üçün strateji əhəmiyyət daşıyır.
 

Canan Tercan bildirib ki, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə regionun gələcəyini müəyyənləşdirəcək mühüm siyasi hadisələrdən biridir. Onun sözlərinə görə, bu proses yalnız Azərbaycan və Ermənistana deyil, Türkiyəyə, eləcə də Avropanın iqtisadi və enerji təhlükəsizliyinə də birbaşa təsir göstərəcək.


Ekspert qeyd edib ki, bunun əsas səbəblərindən biri Orta Dəhlizin məhz Cənubi Qafqazdan keçməsidir. O bildirib ki, uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsi regionun tranzit və logistika potensialının tam reallaşmasına mane olurdu. Tərəflər arasında sülh istiqamətində əldə olunan irəliləyiş isə daha dayanıqlı geosiyasi mühit formalaşdıraraq yeni iqtisadi imkanlar açır.

Canan Tercan bildirib ki, hazırda dünyada paralel şəkildə Rusiya-Ukrayna müharibəsi davam edir, Yaxın Şərqdə isə İran-ABŞ-İsrail xəttində gərginlik qalmaqdadır. Onun fikrincə, bu şəraitdə Avropa İttifaqı alternativ enerji mənbələri və yeni nəqliyyat marşrutları axtarır, Çin və Rusiya isə öz geosiyasi təsir imkanlarını genişləndirməyə çalışırlar. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın strateji mövqeyi daha da əhəmiyyət qazanır.
 

Şərhçi vurğulayıb ki, Azərbaycanın regional lider kimi mövqeyinin möhkəmlənməsinə mane olan əsas amillərdən biri Ermənistanla davam edən münaqişə idi. Onun sözlərinə görə, bu problemin həlli Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə daha dominant aktora çevrilməsi üçün zəmin yaradır.


Canan Tercan ötən il Vaşinqton görüşünü Cənubi Qafqaz diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirərək bildirib ki, ABŞ-ın iştirakı və nəzarəti altında əldə olunan razılaşmalar, o cümlədən transregional nəqliyyat dəhlizləri ilə bağlı əldə edilmiş anlaşmalar olduqca mürəkkəb danışıqlar prosesinin nəticəsi idi və böyük diplomatik uğur hesab edilməlidir.

Ekspert hesab edir ki, Cənubi Qafqaz artıq əvvəlki kimi yalnız təhlükəsizlik riskləri ilə xarakterizə olunan region deyil. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ilə əməkdaşlığa artan marağı, enerji resursları, nadir faydalı qazıntılar və alternativ logistika marşrutları Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır.
 

Canan Tercan bildirib ki, bütün bu proseslərin reallaşması üçün güclü diplomatik iradə tələb olunurdu və uzun illər mümkünsüz hesab edilən Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi məhz bunun nəticəsidir.


Onun fikrincə, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini qorumaqla yanaşı, ABŞ-la əməkdaşlığı da inkişaf etdirərək beynəlxalq münasibətlər sistemində yeni mövqe əldə edib. Ekspert qeyd edib ki, bu gün Azərbaycanın yaratdığı siyasi və iqtisadi imkanlar ölkəni dünya gündəminin əsas mövzularından birinə çevirib.

Canan Tercan Azərbaycanın Orta Dəhlizin əsas iştirakçılarından biri kimi rolunun daha da güclənəcəyini bildirərək bunu güclü liderlik və ardıcıl diplomatiyanın nəticəsi kimi qiymətləndirib.
Ekspert bildirib ki, İlham Əliyev çox böyük uğura imza atdı. Əslində deyə bilərik ki, İlham Əliyevin rəhbərliyi ilə tarixi dönüş baş verdi.
 

Siyasi şərhçi Qarabağ məsələsinin həllini də regiondakı yeni siyasi reallığın əsas elementi adlandırıb. Onun sözlərinə görə, bu nəticə uzun illər mümkün görünmürdü, Ermənistan daxilində radikal qüvvələrin etirazlarına baxmayaraq, rəsmi İrəvan sülh kursunu davam etdirir və bu, Azərbaycanın güclü siyasi-diplomatik mövqeyinin nəticəsidir.


Canan Tercan bildirib ki, qarşıdakı illərdə Azərbaycan qlobal miqyasda daha mühüm aktorlardan birinə çevriləcək. O qeyd edib ki, Türkiyənin yüksələn regional gücə çevrilməsi fonunda Azərbaycanın da strateji əhəmiyyəti daha da artır və iki ölkənin müttəfiqliyi yeni geosiyasi balansın formalaşmasında mühüm rol oynayacaq.

Ekspert hesab edir ki, Azərbaycanın ABŞ-la əməkdaşlığı və özünü sülh qurucusu kimi təqdim etməsi ölkənin həm iqtisadi, həm də siyasi nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Onun sözlərinə görə, müharibə və qarşıdurmaların davam etdiyi bir dövrdə Azərbaycan gələcək illərdə regionun ən təsirli aktorlarından birinə çevriləcək.

Türkiyə-Ermənistan münasibətlərinə toxunan Canan Tercan bildirib ki, Ankara üçün bu prosesin əsas şərti Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasıdır. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul etməli, sülh sazişinin hüquqi əsasları tamamlanmalı və konstitusiyasında müvafiq dəyişikliklər həyata keçirilməlidir.

“Azərbaycan Türkiyənin can və qan qardaşıdır. Azərbaycanla bağlı bütün məsələlər tam həll olunmadan Türkiyə ilə Ermənistan arasında tam normallaşmanın baş verməsi mümkün deyil”, -  deyə Canan Tercan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO