“Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı”

Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ və Azərbaycan prezidentləri, Ermənistanın Baş naziri arasında keçirilən görüş çox mühüm tarixi və siyasi hadisə idi. Bu sammit təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün çox mühüm idi.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, bu görüşün mühüm siyasi əhəmiyyəti orada mühüm Birgə Bəyannamənin imzalanmasından ibarətdir.

Bununla da təkcə Azərbaycan ilə Ermənistan arasında deyil, bütövlükdə regionda gələcək sülh üçün möhkəm təməl yarandı. Bundan əlavə, xarici işlər nazirləri tərəfindən Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair saziş paraflandı. Bu, beynəlxalq sənədin paraflanmasının mümkün olan ən yüksək səviyyəsidir.
 

Bu sənəd artıq ikitərəfli münasibətlərdə mühüm rol oynayıb. Çünki ötən bir il ərzində biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tədricən yaxşılaşdığını, etimadın möhkəmləndiyini gördük. Bu proses həm ən yüksək səviyyədə – Prezidentlə Baş nazir arasında, həm də digər - Baş nazirlərin müavinləri, xarici işlər nazirləri, parlament sədrləri və s. arasında müşahidə olunur.


Politoloq hesab edir ki, bu il ən azı ona görə tarixi hadisə olacaq ki, Ermənistanın xarici ticarət statistikasında yeni bir sətir yaranacaq.

“Bir il əvvəl baş verənləri nəzərə alaraq, mən perspektivləri çox ciddi və müsbət qiymətləndirirəm. Son bir ildə biz Ermənistan-Azərbaycan sərhədində heç bir insident barədə eşitməmişik. Bu isə onu göstərir ki, iki ölkə və iki cəmiyyət sülh şəraitində yaşamağa alışır və bir-birinə qarşı daha çox etimad formalaşdırır.

Düşünürəm ki, bu, artıq paraflanmış sazişin imzalanması, diplomatik münasibətlərin qurulması üçün çox möhkəm əsasdır. Bundan sonra isə şübhəsiz ki, Ermənistanla Türkiyə arasında da diplomatik münasibətlərin qurulması prosesi baş verəcək. Bu isə yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Cənubi Qafqazda regional əməkdaşlıq üçün tamamilə yeni perspektivlər açacaq”, - deyə Çeçelaşvili bildirib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO