Vaşinqtondan başlayan yeni mərhələ: Azərbaycanın diplomatik uğurunun BİR İLİ

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında əldə olunan razılaşmanın tarixi əhəmiyyəti var. İlk növbədə bu anlaşma 30 illik silahlı münaqişəyə və regional gərginliyə son verdi. Ötən bir il  göstərdi ki, bu sənəd təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edən siyasi akt deyil, həm də Cənubi Qafqazın yeni geosiyasi reallığını rəsmiləşdirən mühüm dönüş nöqtəsidir.
 

Vaşinqton anlaşması Azərbaycanın uzun illər ardıcıl şəkildə müdafiə etdiyi prinsiplərin beynəlxalq səviyyədə qəbulunun növbəti təsdiqi oldu. Ərazi bütövlüyü və suverenlik prinsipinin əsas götürülməsi, regionda kommunikasiyaların açılması və əməkdaşlığın təşviqi Azərbaycanın postmünaqişə dövrünə dair baxışının beynəlxalq gündəliyə çevrildiyini göstərdi.


Bu razılaşma yalnız siyasi deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır. Nəqliyyat dəhlizlərinin inkişafı, Orta Dəhlizin güclənməsi və Cənubi Qafqazın Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yarandı. Azərbaycan isə bu prosesdə təşəbbüskar və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi.

Bununla yanaşı, yekun sülhün təmin olunması üçün hələ də həllini gözləyən məsələlər mövcuddur. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi və iki ölkə arasında sülh sazişinin imzalanması regionda uzunmüddətli sabitliyin əsas şərti olaraq qalır.

Vaşinqton anlaşmasının birinci ildönümü onu göstərir ki, diplomatik masada qazanılan uğurlar bəzən hərbi qələbələrin davamı olur. Azərbaycan bu gün regionun siyasi gündəmini müəyyənləşdirən, əməkdaşlıq və sabitlik təşəbbüsləri irəli sürən aparıcı dövlət kimi çıxış edir. Məhz buna görə də Vaşinqton anlaşması Azərbaycanın xarici siyasət tarixində növbəti mühüm diplomatik nailiyyəti kimi qiymətləndirilir.

Bu anlaşma Azərbaycanın orta gücə çevrilməsinə əlavə stimul yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, ötən bir ildə Cənubi Qafqaza sülh gəlib:

“Artıq silahlar susub, insanlar ölmür. Bax, Vaşinqton razılaşmasının ən böyük uğuru budur. Detallara gələndə isə üçtərəfli anlaşmanın çox böyük siyasi əhəmiyyəti var. Belə ki, ABŞ ilk dəfə Azərbaycan-Ermənistan münaqişəsinə obyektiv yanaşma nümayiş etdirdi. Təbii ki, indiki reallıqda istənilən məsələdə ABŞ-ın mövqeyindən çox şey asılıdır. İndiki məqamda ABŞ-ın mövqeyi ilə Azərbaycanın maraqları üst-üstə düşür.

Həmçinin proseslər bizim xeyrimizə inkişaf edir. Məsələn, TRİPP+ layihəsi artıq gerçəkləşməyə doğru gedir. Yaxşıdır ki, dəhlizin bərpasında Amerika da iştirak edir. 8 avqust razılaşmasının digər əhəmiyyəti ondan ibarətdir ki, 44 günlük müharibədən sonra regionda formalaşmış reallığı bütün dünya, o cümlədən də ABŞ qəbul edib. Bu xüsusilə əhəmiyyətli bir hadisədir. Üstəlik, əsrlər boyu Azərbaycana qarşı torpaq iddiasında olan Ermənistan da Vaşinqtonda rəsmi şəkildə yeni reallıqlarla razılaşdığını bəyan etdi”.

Azərbaycan son bir ildə daha nələrə nail olub?

Sabiq nazir qeyd edib ki, Azərbaycanın iradəsi hesabına Vaşinqtonda ATƏT-in Minsk qrupunun ləğvi barədə razılıq əldə edildi:

“Daha sonra isə bu qurum ləğv olundu. Bədnam 907 düzəlişin birdəfəlik ləğvi gündəmə gətirildi. Nəzərə alaq ki, Amerikada qanunları qəbul etmək çox asan, ləğv etməksə çox çətindir. Ona görə də ilk növbədə Konqres bu qanunu ləğv etməlidir.

Daha sonra isə prezident bu qərarı təsdiqləməlidir. Fakt odur ki, Tramp dönəmində 907-ci düzəliş gündəlikdən çıxarılıb. Nəzərə alaq ki, bu sənəd Azərbaycandan daha çox ABŞ-ın siyasi imicinə xələl gətirir. Axı Amerikanın bəyan etdiyi dəyərlərlə bu qərar üst-üstə düşmür... Bir sözlə 8 avqust anlaşması həm Azərbaycana, həm də regiona çox böyük perspektivlər vəd edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO