Macarıstanın Azərbaycandan keçən YOLU – Sosial rifah və TURAN üçün BƏLƏDÇİLİK

Azərbaycan sözün həqiqi mənasında körpü və iqtisadi xabdır. Həm Şərq, həm də Qərb üçün daha funksional olan ölkəmiz həm də etibarlı tərəfdaşdır. Azərbaycanın da əsas keyfiyyəti sözünə sadiq olan və alicənab tərəfdaş olmasındadır. 

Son 4 ayda Azərbaycan Prezidenti 5-ci dəfə Avropa dövlətinə səfərə dəvət olunur. Təkcə bu faktın özü dediklərimizi əzimkarlıqla sübut edir. 

Azərbaycan artıq Avropanın təkcə enerji təhlükəsizliyində xüsusi pay sahibi deyil, həm də etibarlı dostdur. Bu mənada Mərkəzi Avropada Azərbaycanın əsas tərəfdaşlarından biri də Macarıstandır. İki ölkə arasında tarixə söykənən dostluq ənənələri var. Son 30 ildə isə bu 2 ölkə arasında hər zaman çox sıx münasibətlər olub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə doğru yön alıb.

Macarıstan həm 2 tərəfli, həm də çoxtərəfli-QDİƏT, həm Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanla işgüzar və səmərəli münasibət qurub. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri mövcud münasibətlərdə yeni mərhələ olacağı heç kimdə şübhə doğurmur. Çünki, Azərbaycan Macarıstan üçün Şərqə açılan qapıdır. Azərbaycan Avropanın və Macarıstanın Rusiyadan və digər ölkələrdən asılılığını azaldan faktordur.

Azərbaycan Macarstan üçün həm də TURAN birliyinə aparan bələdçidir. Macarların türk aləminə reinteqrasiyasa prosesi ölkəmiz üzərindən həyata keçməsini daha da sürətləndirir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, son illər tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə olunur:

“2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub. Ötən ilin ilk 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu o deməkdir ki, yalnız 11 ayda ticarət dövriyyəmiz əvvəlki il ilə müqayisədə 16.0 faiz artıb. Bütövlükdə, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində 20 faizdən çox artımın olduğu güman edilir”.

Ekspert qeyd etdi ki, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür:

“Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Macarıstan ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bu son dövrlər ölkələr arasında aparılan müzakirələrdə əsas xəttlərdən hesab olunur. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib”.

Vüqar Bayramov onu da əlavə etdi ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər:

“Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

İlham Əliyevdən Ərdoğana MƏKTUB

İlham Əliyevdən Ərdoğana MƏKTUB

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Keçmiş bələdiyyə sədri vəfat etdi

Keçmiş bələdiyyə sədri vəfat etdi

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

End of content

No more pages to load

RADİO