Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyi açıqlayıb.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.

Hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil. Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir.
 

Hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu şərtlər sahibkar tərəfindən əvvəlcədən hazırlanır və istehlakçının onların məzmununa təsir etmək imkanı olmur.


F. Qasımov bildirib ki, müqavilə azadlığı prinsipi tərəflərə qanunvericiliyə zidd olmayan şərtlər müəyyən etmək imkanı versə də, bu prinsip standart şərtli müqavilələrdə istehlakçının hüquqlarını məhdudlaşdıran və sahibkara birtərəfli üstünlük yaradan müddəaların tətbiqinə əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, təklif edən tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək imkanı verən, yaxud istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır.

Vurğulanıb ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun verilməsindən, həm də ödənilmiş avansın qaytarılmasından imtina edilməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Belə şərtlər satıcıya öhdəliyini birtərəfli qaydada icra etməmək imkanı yaradır və istehlakçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu faktiki olaraq aradan qaldırır.
 

Hakim bildirib ki, bu cür müddəalar həm Mülki Məcəllənin 420-ci maddəsinə, həm də mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinə ziddir. Çünki hədiyyə kartı özü iqtisadi dəyər daşımır, yalnız əvvəlcədən ödənilmiş vəsaiti təsdiqləyir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi isə satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnə bilər.


Hakimin sözlərinə görə, hədiyyə kartlarında nəzərdə tutulan və kartın etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək və ya qanunvericiliyin nəzərdə tutduğu digər hüquqlardan istifadə etmək imkanı qorunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

End of content

No more pages to load

RADİO