Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın Dövlətçilik Günü ərəfəsində Kiyevə səfər edib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu, onun müharibə başlayandan bəri Ukraynaya sayca 11-ci səfəridir.
Fon der Lyayen Avropa və Ukraynanın müdafiə sənayelərini daha sıx inteqrasiya etmək üçün yeni təşəbbüslər elan edəcəyini bildirib. Məqsəd müdafiə məhsullarının istehsalını "daha çox və daha sürətli" etməkdir.
Avropa Komissiyasının rəhbəri Ukraynanın hazırda "güclü hərbi impuls" qazandığını və müharibədə "dönüş nöqtəsinə" çatıldığını vurğulayıb. Səfər çərçivəsində tərəflər qarşıdan gələn qış mövsümünə hazırlıq məsələlərini də müzakirə edəcəklər.
Mətbuatda yayılan məlumatlara görə, Avropa Komissiyası Ukrayna üçün 18 milyard avroyadək dəyəri olan kompleks müdafiə dəstək paketini hazırlayır və bu təşəbbüslərin səfər zamanı açıqlanması gözlənilir.
Bu səfər həm də ABŞ-ın İrana qarşı hərbi təzyiqlərini gücləndirdiyi və qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dövrə təsadüf edir. Analitiklər fon der Lyayenin bu addımını Avropa İttifaqının Ukraynanın hərbi müstəqilliyini və müdafiə potensialını uzunmüddətli perspektivdə dəstəkləmək əzminin göstəricisi kimi qiymətləndirirlər.
Bizim.Media