"Səfirliyimizə hücumun obyektiv araşdırılmasını tələb edirik" - Sahibə Qafarova

"İrandakı səfirliyimizə hücumun obyektiv və hərtərəfli araşdırılmasını tələb edirik".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ilə görüşündə deyib.

Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ilə görüşüb.

Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirakdan məmnunluğunu bildirərək, bu cür platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyimizi deyən Milli Məclisin sədri bu illər ərzində Azərbaycan və Malayziya arasında əlaqələrin dərinləşməsinin məmnunluq doğurduğunu bildirib. İslam dünyasının üzvü olan hər iki ölkənin müsəlman dövlətləri arasında qarşılıqlı dəstəyin və həmrəyliyin inkişafında, İslam dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayan Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığını qeyd edib.

O, Malayziyanın daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.

Parlamentlərin iki ölkə arasında münasibətlərin inkişafındakı rolunu qeyd edən Milli Məclisin sədri bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan və Malayziya parlamentlərinin parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, qurumun Parlament Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq Malayziya parlament nümayəndə heyətinin QHPŞ-nin Bakı konfransında iştirakını yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən sonra ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri barədə geniş məlumat verib. O, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün istifadə etməsi, mina problemini diqqətə çatdırıb.

Milli Məclisin sədri, həmçinin yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı barədə də məlumat verərək, qeyd edib ki, Azərbaycan bu hücumun obyektiv və hərtərəfli araşdırılmasını tələb edir.
Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

O, xüsusilə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıqdan danışaraq bildirib ki, Malayziya Azərbaycan parlamenti ilə münasibətlərə, həmçinin Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük əhəmiyyət verir.

Söhbət zamanı bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin önəmi vurğulanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

İlham Əliyevdən Ərdoğana MƏKTUB

İlham Əliyevdən Ərdoğana MƏKTUB

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Keçmiş bələdiyyə sədri vəfat etdi

Keçmiş bələdiyyə sədri vəfat etdi

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

End of content

No more pages to load

RADİO