Destruktiv missiya: Ermənistana göndəriləcək Aİ missiyasının SİYASİ FƏSADLARI

Avropa İttifaqının Ermənistana ikinci monitorinq missiyası Azərbaycan tərəfindən birmənalı qarşılanmadı. Əvvəlki missiyadan fərqli olaraq cari missiyanın say tərkibi 100 nəfər, müddəti isə 2 il olacaqdır. Ölkə başçısına görə Azərbaycanla razılaşdırılmadan şərti sərhədə gələcək Aİ missiyası təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaqdır.

Bizim.Media xəbər verir ki, bununla bağlı Cənubi Tədqiqatlar Mərkəzi araşdırma aparıb.

Bildirilib ki, Rusiyanın xarici işlər naziri S.Lavrov da Azərbaycanın razılığı olmadan regiona missiyanın gəlməsini “əks məhsuldar” hesab edir.

XİN-in bəyanatı

Xarici işlər nazirliyinin məsələ ilə bağlı bəyanatında 2 məsələyə xüsusi diqqət yetirilmişdir:


- Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının normallaşma prosesinə kömək göstərəcəyinə inanan Azərbaycan, bu missiyanın Azərbaycanla şərti sərhəddə fəaliyyətinə razılıq vermişdir. 2 aylıq missiyanın məqsədi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün etibarlılıq və təhlükəsizlik mühitinin/qavrayışının formalaşdırılması idi. Lakin Fransa prezidentinin “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatları + N.Paşinyanın “Qarabağın status məsələsinin gələcək nəsillərə” saxlanılmasını nəzərdə tutan Rusiyanın sülh saziş variantını “100% dəstəklədiyini” deməsi Aİ missiyasına olan ümidləri doğrultmadı. Nəticə etibarı ilə bu Aİ çərçivəsində qərar qəbuletmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada mənfi təsir göstərdi. 

- Aİ missiyasının Ermənistanda mövcudluğu Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına səbəb oldu. Keçmiş münaqişə tərəflərinin sülh sazişi imzalaması üçün münasib mühitin formalaşdırılmasına yönələn missiya praktikada qonşu ölkələri sülhə bir addım belə yaxınlaşdırmadı.

Təsadüfi deyil ki, Azərbaycan əvvəlki missiyanın uğursuz fəaliyyət təcrübəsini nəzərə alaraq, cari missiyanın Ermənistan tərəfindən hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadə edilə biləcəyindən narahatdır.
Əsaslı narahatçılıq

Azərbaycanın əsaslı narahatçılığı bununla bitmir. Ermənistan Aİ missiyası hesabına Azərbaycanla şərti sərhəddə təhlükəsizliyini təmin etmək istəyir. Paralel olaraq Ermənistan Laçın yolunun əvvəlki rejimdə, yəni hər hansı nəzarət və yoxlama olmadan fəaliyyət göstərməsində israr edir.

Bu iki prosesin sintezi ona gətirə bilər ki, Ermənistan Aİ mülki missiyası hesabına öz təhlükəsizliyini təmin edib, hərbi-iqtisadi resursların bir qismini şərti sərhəddən Qarabağa yönləndirə bilər. Missiyanın göndərilmə qərarı ilə Avroparlamentin anti-Azərbaycan qətnaməsinin eyni vaxtda verilməsi bu baxımdan təsadüfi görsənmir.

Görünən odur ki, Fransa Aİ mülki missiyası vasitəsilə Ermənistanda, şərti sərhəddən çıxarılıb Qarabağa göndəriləcək erməni hərbçiləri vasitəsilə isə Qarabağda möhkəmlənməyə çalışır. Unutmayaq ki, Fransa Senatının anti-Azərbaycan qətnaməsinin bəndlərindən biri Qarabağda humanitar ofisin yaradılmasını nəzərdə tuturdu.

Geosiyasi prizma 

Məsələyə geosiyasi müstəvidə də baxmaq məqsədəuyğundur. Rusiya güc strukturlarına yaxın mənbələr xəbər verir ki, 100 nəfərdən ibarət olacaq Aİ mülki missiyasının say tərkibi bir müddət sonra 2000 nəfərə çatdırıla bilər. Prosesə Aİ-nin xarici əlaqələr xidmət sədrinin müavini, fransalı diplomat Şarl Fris hamilik edir. Hədəf − Rusiyanı Ermənistandan sıxışdırmaqdır. 

Güman ki, rəsmi Paris Rusiyanı öncə Azərbaycanla şərti sərhəddən, sonra isə şərq sərhədində vəziyyətin sabitliyini əsas gətirərək, qərb (Türkiyə) sərhədindən də sıxışdırmağa cəhd göstərəcəkdir. 
Öhdəlikləri icra etməkdən boyun qaçırmaqla regional stabilliyə təhdid yaradan, Rusiyanın sülh saziş variantını 100% dəstəklədiyini deməklə Rusiyanın regionda mövcudluğuna şərait yaradan, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, yeni silahlı toqquşma təhlükəsini formalaşdıran məhz Ermənistandır. Ermənistan regional təhlükə mənbəyi olmağa davam etsə, Azərbaycan Aİ mülki missiyasına baxmayaraq adekvat cavab tədbirləri görməyə məcbur olacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Daha bir serial eşqi gerçək oldu

Daha bir serial eşqi gerçək oldu

İrəvanın mərkəzində atışma – VİDEO

İrəvanın mərkəzində atışma – VİDEO

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Əməkdar artistin evində yanğın – VİDEO

Əməkdar artistin evində yanğın – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

End of content

No more pages to load

RADİO