Rəsmi Bakının Avropa Şurası Nazirlər Komitəsinin sədrinə CAVABI: "Laçın yolu açıqdır"

"19 yanvar tarixində İslandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Tordis Kolbrun Reykfyörd Gilfaddottirin (Thórdís Kolbrún Reykfjörd Gylfadóttir) Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı yerdəki reallıqları əks etdirməyən bəyanatı təəssüf doğurur".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Laçın yolu ətrafında vəziyyət ilə əlaqədar bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının, onların qeyri-qanuni şəkildə Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara bu cür münasibət anlaşılan deyil.

Vurğulanır ki, Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətə qarşı etirazlar ölkə vətəndaşlarının hüququdur və buna hörmətlə yanaşılmalıdır. Bu kimi bəyanatlar bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.

"Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatlarında da qeyd edildiyi kimi, guya Laçın yolunun “bağlanması”, bölgədə “humanitar fəlakət” yarandığı barədə iddialar əsassızdır.

Ötən müddət ərzində Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarının, erməni təcili tibbi maşınları daxil olmaqla 800-ə yaxın nəqliyyat vasitəsinin heç bir maneə olmadan yoldan keçməsi bir daha sübut edir ki, yol bağlı deyil.

Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə mövcud deyildir. Həmçinin dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycan hökuməti erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır.

Özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin erməni sakinlərin yoldan istifadəsinə mane olmaqla süni şəkildə humanitar böhran yaratmaq cəhdləri barədə də danılmaz faktlar mövcuddur.
Avropa Şurası Nazirlər Komitəsinin sədri tərəfindən öz evlərindən köçkün düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə, beynəlxalq humanitar hüququ açıq şəkildə pozan Ermənistanın hərbi cinayətlərinə, Vətən müharibəsindən sonra 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən və Laçın yolundan sui-istifadə ilə ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minalar yerləşdirməklə davam edən mina təhdidlərinə və digər qanunsuz fəaliyyətlərinə bu günə kimi münasibət bildirilməməsi də sual doğurur. Bu növbəti dəfə ikili standart və selektiv yanaşmanın göstəricisidir", - XİN-dən bildirilib.

Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa, bölgədə sülh və əmin-amanlığa xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Haluk Leventdən səs-küylü etiraflar

Haluk Leventdən səs-küylü etiraflar

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

End of content

No more pages to load

RADİO