Gəncədə 20 yaşlı gənc parkda bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, budundan bıçaqlanan gənc S.İsmayılov xəstəxanaya yerləşdirilib.
Məlumata görə, gənc oğlanı şəhər ərazisində yerləşən parkların birində tanımadığı şəxs bıçaqlayıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)
Bizim.Media