Ceyhun Bayramov ABŞ rəsmisi ilə Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun tviterində məlumat yayılıb.

K.Donfrid həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb.

Tərəflər Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyi də C.Bayramovla K.Donfrid arasındakı telefon danışığı barədə məlumat yayıb.

Nazirlikdən bildirilib ki, yanvarın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Danışıq zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb.

Bu xüsusda, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib.

30 ilə yaxın davam etmiş ərazilərimizin işğalı zamanı və son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilmədiyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib. Gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verilib.

Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxlərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb.

Azərbaycan tərəfinin dialoqa sadiqliyi və bölgədə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa daim hazır olduğu vurğulanıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

End of content

No more pages to load

RADİO