Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto ölkə parlamentindəki deputat mandatından imtina etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, keçmiş baş diplomat bu qərarı barədə rəsmi feysbuk hesabında məlumat paylaşıb.
Uzun illər Macarıstan diplomatiyasına rəhbərlik edən Siyarto bundan sonra fəaliyyətini tamamilə özəl sektorda davam etdirəcək. Sabiq nazir paylaşımında bu gündən etibarən BYD şirkətində xarici əlaqələr və yeni biznes sahələrinin inkişafı üzrə qrupun rəhbəri kimi fəaliyyətə başlayacağını bildirib.
Qeyd edək ki, Çinin BYD şirkəti artıq Avropadakı ilk elektromobil zavodunu Macarıstanın Seqed şəhərində inşa edib. Siyarto nazir olduğu dövrdə bu nəhəng layihəni siyasi səviyyədə fəal şəkildə dəstəkləyən və Çin investisiyalarının ölkəyə cəlb olunmasında mühüm rol oynayan əsas fiqurlardan biri olub.
Məlumat üçün bildrək ki, Peter Siyarto 2014-cü ilin sentyabr ayından etibarən Macarıstanın xarici işlər naziri vəzifəsini icra edib. Bu ilin aprel ayında keçirilən seçkilərdə hakim "FİDES — Macar Vətəndaş Birliyi" partiyasının məğlubiyyətindən sonra o, hökumətdəki postunu itsə də, parlamentdəki deputat mandatını qoruyub saxlaya bilmişdi. Lakin BYD-dən gələn cəlbedici iş təklifindən sonra siyasətçi deputat mandatından da birdəfəlik imtina etmək qərarına gəlib.
Bizim.Media