Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi Samuxda həm evdə, həm də un sexində araşdırmalara başlayıb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bu, son bir neçə gün ərzində şəhər və rayonda üçüncü kütləvi qida zəhərlənməsi hadisəsidir.
Ötən şənbə günü və dünən Gəncə şəhərində yas yerində kütləvi zəhərlənmələr baş verib. Hər üç qida zəhərlənməsinin eyni səbəbdən qaynaqlandığı istisna edilmir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media