Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Şirkətin 1 milyon manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər biri 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Orxan Məmmədov və Zaur Babayev 8 il, Cəbrayıl Cəbrayılov, Murad Rəsulov və Fuad Xəlilzadəyə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Fuad Xəlilzadə və Cəbrayıl Cəbrayılovun cəzası şərti hesab edilib.

Dövlət ittihamçısı Orxan Məmmədovun 11 il, 6 ay, Zaur Babayevin 11 il, Cəbrayıl Cəbrayılov və Fuad Xəlilzadənin 7 il, Murad Rəsulovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, ittihama görə, Orxan Məmmədov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış kateqoriya üzrə menecer vəzifəsində işləyib.
 

O, qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını talama məqsədilə 2019-cu ilin yanvar ayından başlayaraq QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləyən Zaur Babayevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək malların satışından əldə olunan pul vəsaitlərini cəmiyyətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.


Bununla da onlar ümumilikdə 168 min 460 manat pulu aralarında bölüblər.

Orxan Məmmədov 2021-ci ilin yanvar ayından başlayaraq Zaur Babayevlə və əvvəllər tanıdığı QSC ilə ticarət əlaqələrində olan Murad Rəsulovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. O, cinayətin törədilməsinə rəhbərlik etməklə ayrı-ayrı dilerlərdən sifariş kimi qəbul olunan və həmin dilerlərə çatdırılması təşkil edilməyərək malların Murad Rəsulovun vasitəsi ilə satışını həyata keçirərək satışdan əldə olunan pul vəsaitlərini öz aralarında bölmək barədə razılığa gəlib. Nəticədə Orxan Məmmədov, Zaur Babayev və Murad Rəsulov “İnteqral” QSC-yə məxsus 525 min 547 manat pulunu mənimsəyib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən Cəbrayıl Cəbrayılov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində ekspeditor vəzifəsində çalışıb. Onunla birgə ekspeditor vəzifəsində işləyən Fuad Xəlilzadə və Cəmiyyətin məişət əşyalarının və texnikasının topdan satış şöbəsinin müdir müavini vəzifəsini icra edən Orxan Məmmədov ilə qabaqcadan əlbir olub malların satışından əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.
 

Nəticədə Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Orxan Məmmədov “İnteqral” QSC-yə məxsus ümumilikdə 763 min 80 manat pulunu mənimsəmə yolu ilə ələ keçiriblər. Şirkətin sabiq əməkdaşları “İnteqral” QSC-nin 1 457 088 manat pulunu mənimsəyiblər.


Orxan Məmmədov və Zaur Babayevə qarşı Cinayət Məcəlləsinin (CM) 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulova isə CM-nin 179.3.2-cü (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həmin şəxslər 2022-ci ilin dekabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

End of content

No more pages to load

RADİO