Əsir erməni mayor: “Xalqım, uşaqlarınızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın”

Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.

Bizim.Media-nın məlumatına görə, təqaüddə olan milis mayoru Edik Solakoviç Tonoyan 1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirib.

Solakoviç  27 sentyabrda müharibəyə oğlunun əvəzinə getdiyini söyləyib.

“Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun yerinə hərbi xidmətə məni göndərsinlər və mən Ermənistan ərazisində xidmət edim. Qarabağa getmək istəmirdim, çünki bura bizim torpağımız deyil. Lazım olsa, Ermənistana görə xidmət etməyə hazır olduğumu, ancaq Qarabağa görə xidmət etmək istəmədiyimi dedim”.

Bir neçə gün orada patrul xidmətində olduğunu söyləyən erməni mayoru, Alaverdi rayonuna zastavada xidmətə göndərildiyini, sonra İrəvana aparıldığını vurulayıb. “Ordan hərbi qulluqçuları Azərbaycanla sərhədə xidmət etməyə göndərirdilər ki, orada döyüşsünlər. Orda mənə dedilər Ermənistan ərazisində başqa hərbi hissədə xidmət etməliyəm. Məni və daha bir nəfəri İrəvana apardılar, orada bizi içində adamlar olan “KamAZ” gözləyirdi. Maşında 33 nəfər vardı. Orda vəd etdilər ki, bizi Qarabağa aparmırlar. Çünki biz bilirik ki, ora bizim torpağımız deyil və bizə ora getmək lazım deyil. Onlar yenə vəd verdilər ki, biz Ermənistan ərazisində xidmət edəcəyik, - deyə o qeyd edib.

E. Tonoyanın sözlərinə görə, Gorusa gələndə, maşın dayanıb və onlara avtomat paylayıblar: “Biz silahı götürmək istəmədik. Lakin bizi dilə tutdular ki, bu, təhlükəsizlik, özümüzü müdafiə üçün lazım ola bilər. Beləliklə, bizi Azərbaycan ərazisinə, Horadiz rayonuna apardılar. Orda bizə səngər qazacağımız yeri göstərdilər. Biz səngər qazmağa başladıq. Bombalamağa başlayanda biz qaçdıq. Mənimlə birlikdə olan 33 nəfər, eləcə də biz zastavaya gələndə orda xidmətdə olan 15 nəfərin hamısı cavan idi. Onlar qaçdı, mən onlarla qaça bilmədim. Təslim olmaq qərarına gəldim. Avtomatı atdım və Azərbaycan Ordusuna təslim oldum”.

E. Tonoyan daha sonra bütün erməni xalqına müraciət edib: “Əziz həmvətənlərim. Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın addımları ABŞ-ı təəccübləndirdi - Vaşinqton yeni zərbələri nəzərdən keçirir

İranın addımları ABŞ-ı təəccübləndirdi - Vaşinqton yeni zərbələri nəzərdən keçirir

Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

Avropada "Könüllülər koalisiyası" dağılır?

Avropada "Könüllülər koalisiyası" dağılır?

Bilgəh qəsəbəsində bir nəfər dənizdə batdı

Bilgəh qəsəbəsində bir nəfər dənizdə batdı

Poltava vilayətində kritik infrastruktura zərbə: Təhlükəli kimyəvi maddə sızdı - FOTO/VİDEO

Poltava vilayətində kritik infrastruktura zərbə: Təhlükəli kimyəvi maddə sızdı - FOTO/VİDEO

ABŞ-da təhlükəli virus: Ona qarşı nə peyvənd, nə də müalicə var

ABŞ-da təhlükəli virus: Ona qarşı nə peyvənd, nə də müalicə var

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - FOTO/VİDEO

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - FOTO/VİDEO

"Flaminqo" PUA-sının aşağı hündürlükdə uçuş görüntüləri yayıldı - VİDEO

"Flaminqo" PUA-sının aşağı hündürlükdə uçuş görüntüləri yayıldı - VİDEO

Nürnberq hava limanında kütləvi dava: Türkiyə vətəndaşları reysə buraxılmadı

Nürnberq hava limanında kütləvi dava: Türkiyə vətəndaşları reysə buraxılmadı

İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

Rusiyada neft hasilatı çətinləşir, xərci artır – İnfroqrafika

Rusiyada neft hasilatı çətinləşir, xərci artır – İnfroqrafika

Ermənistan parlamentində müxalifət zalı tərk etdi - Spiker seçkisi sabaha qaldı

Ermənistan parlamentində müxalifət zalı tərk etdi - Spiker seçkisi sabaha qaldı

Zaporojyeyə aviazərbə: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Zaporojyeyə aviazərbə: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Ukrayna və Yaxın Şərqdəki müharibələr vahid geosiyasi böhrana çevrilir

Ukrayna və Yaxın Şərqdəki müharibələr vahid geosiyasi böhrana çevrilir

Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Meşə yanğınlarını söndürən iki helikopter havada toqquşdu - ANBAAN VİDEO

Meşə yanğınlarını söndürən iki helikopter havada toqquşdu - ANBAAN VİDEO

Yamalda meşə yanğınları genişlənir: Alov magistral yollara çatıb - VİDEO

Yamalda meşə yanğınları genişlənir: Alov magistral yollara çatıb - VİDEO

"Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarıldı

"Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarıldı

7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

Omsk Neft Emalı Zavodu partladı - VİDEO

Omsk Neft Emalı Zavodu partladı - VİDEO

Günün ən gülməli VİDEOSU: İt pişiklə dostlaşmaq istəyir, pişik isə... - VİDEO

Günün ən gülməli VİDEOSU: İt pişiklə dostlaşmaq istəyir, pişik isə... - VİDEO

Belarus da HÜCUMA HAZIRLAŞIR? - Ukrayna sərhədində desant briqadası yaradır

Belarus da HÜCUMA HAZIRLAŞIR? - Ukrayna sərhədində desant briqadası yaradır

Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım - FOTO

Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO