Polşanın Kojuxuv şəhərində iki Ukrayna vətəndaşı və bir qadın fiziki hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı inPoland nəşri yayıb.
Məlumata görə, insident hostelin ərazisində baş verib. Münaqişənin avtomobildə səsləndirilən musiqi səbəbindən yarandığı bildirilir.
İddialara əsasən, hücum edən şəxslərdən biri "Ukraynaya rədd ol!" deyə qışqırdıqdan sonra digər şəxsləri də hadisə yerinə çağırıb.
Hücum nəticəsində zərərçəkənlər baş nahiyəsindən kəsik və əzik xəsarətləri alıblar. Onlardan ikisinə tibbi yardım göstərilərək tikiş qoyulub.
Hadisə ilə bağlı Polşa polisi araşdırma aparır və hücumda iştirak edən şəxslərin axtarışını davam etdirir.




Bizim.Media