XİN: “Ermənistan rəsmiləri bir-birinə zidd bəyanatlar verir”

Ermənistanın Xarici İşlər Nazirliyinin Paşinyanın “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama verib.

“Məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir hərbi işğal altında saxladığını və öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik.

Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc Azərbaycan əhalisini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyildir.

Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır. Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar”, - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - Video

196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - Video

Yeni sədr Qubada sürüşmə zonasında: Tapşırıqlar verdi – FOTO

Yeni sədr Qubada sürüşmə zonasında: Tapşırıqlar verdi – FOTO

Qonşusunu yanğından xilas etmək istədi - Özü HƏYATINI İTİRDİ

Qonşusunu yanğından xilas etmək istədi - Özü HƏYATINI İTİRDİ

Azərbaycanda ən çox əhalisi olan rayonlar – İLK ONLUQ

Azərbaycanda ən çox əhalisi olan rayonlar – İLK ONLUQ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Serialdakı sevgi gerçək oldu

Serialdakı sevgi gerçək oldu

Bakıda ağacları kim kəsib? - Video

Bakıda ağacları kim kəsib? - Video

Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Azyaşlının həyatını təhlükəyə atdı – VİDEO

Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Azyaşlının həyatını təhlükəyə atdı – VİDEO

Dünyanın ən dərin quyusunda QORXUNC SİRR - Niyə araşdırma dayandırıldı?

Dünyanın ən dərin quyusunda QORXUNC SİRR - Niyə araşdırma dayandırıldı?

İsrail atəşkəsi POZDU - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ

İsrail atəşkəsi POZDU - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ

İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı

İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı

Bu reklamçılar külli miqdarda CƏRİMƏ OLUNA BİLƏR

Bu reklamçılar külli miqdarda CƏRİMƏ OLUNA BİLƏR

Netanyahu: “Trampla danışdım, İranın nüvə potensialını tam məhv edəcək” – VİDEO

Netanyahu: “Trampla danışdım, İranın nüvə potensialını tam məhv edəcək” – VİDEO

Bu ərazidə QAZ KƏSİLƏCƏK

Bu ərazidə QAZ KƏSİLƏCƏK

Həyətinizdə bu güllər varsa, diqqət!

Həyətinizdə bu güllər varsa, diqqət!

Azərbaycanda bu futbol klubu fəaliyyətini dayandırdı

Azərbaycanda bu futbol klubu fəaliyyətini dayandırdı

23 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc

23 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc

Tramp: “İran nüvə silahına sahib olmamağa razılıq verdi” – VİDEO

Tramp: “İran nüvə silahına sahib olmamağa razılıq verdi” – VİDEO

Özü sərvət içində yaşayır, qardaşı isə küçələrdə dilənir – Fotolar

Özü sərvət içində yaşayır, qardaşı isə küçələrdə dilənir – Fotolar

Əsl yaz havası olacaq – BU TARİXDƏ

Əsl yaz havası olacaq – BU TARİXDƏ

BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr

Orban ən böyük TƏƏSSÜFÜNDƏN danışdı

Orban ən böyük TƏƏSSÜFÜNDƏN danışdı

Məhsul saxtadır, yoxsa orijinal? - HARDAN BİLƏK? - VİDEO

Məhsul saxtadır, yoxsa orijinal? - HARDAN BİLƏK? - VİDEO

Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü

Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü

End of content

No more pages to load

RADİO