Parlament seçkilərində uduzan Macarıstanın Baş naziri Viktor Orban ən böyük təəssüf hissinin “Pakş-2” Atom Elektrik Stansiyası layihəsinin daha tez həyata keçirilməməsi olduğunu vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Patriota"ya verdiyi müsahibədə etiraf edib.
Onun sözlərinə görə, bu nüvə elektrik stansiyası daha sürətli tikilməli idi. Siyasətçi qeyd edib ki, əgər bu edilsəydi, Macarıstan iqtisadiyyatı bu gün daha yaxşı vəziyyətdə olardı, yəni ölkədə daha çox və ucuz enerji olardı.
Bizim.Media