Aprelin 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Vüsal Nəsirli güclü yağışlardan sonra yol təsərrüfatı ciddi ziyan çəkən Quba rayonuna səfər edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yeni vəzifəsində sədr kimi Qubaya ilk dəfə gələn Vüsal Nəsirli qurumun idarə heyətinin sədr müavini Əvəz Qocayev, Quba icra başçısı İlqar Mahmudov və digər aidiyyatı qurum nümayəndələri əvvəlcə Quba-Qonaqkənd-Muçu avtomobil yolunun sürüşmüş ərazisinə və burada yeni çəkilən alternativ yola baxış keçiriblər.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Vüsal Nəsirli və digər rəsmilər Quba-Alpan Susay-Xınalıq yolunda baş verən torpaq sürüşməsinə yerində baxış keçiriblər.
Qurumun yeni sədri hər iki yol təsərrüfatında fəsadların aradan qaldırılması üçün tapşırıqlarını verib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu