Qəbələ rayonunun Nohurqışlaq kəndində saat 10:00-dan etibarən 912 abonentin qazı kəsiləcək.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının müvəqqəti dayandırılması kənd sakini Elgün Rzayevaya məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.
Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu