İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı

Fred Hatç Onkoloji Mərkəzinin alimləri dünyada insanların təxminən 95 faizinin yoluxduğu Epşteyn–Barr virusuna qarşı terapiyanın hazırlanması istiqamətində irəliləyiş əldə ediblər. Bu virus bir sıra onkoloji və neyrodegenerativ xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Cell Reports Medicine” jurnalında dərc olunub.
 

Tədqiqatçılar insan anticisimləri sintez edə bilən genetik modifikasiya olunmuş siçanlardan istifadə edərək virusun immun hüceyrələrə bağlanmasının və onlara daxil olmasının qarşısını alan yeni monoklonal anticisimlər yaradıblar. Bu anticisimlərdən biri insandakı kimi immun sisteminə malik siçanlarda yoluxmanı tamamilə önləyib.


Belə terapiyaların hazırlanmasında əsas problemlərdən biri orqanizmdə dərmanın özünə qarşı immun reaksiyası yaratmayacaq anticisimlərin tapılmasıdır. Bu məqsədlə komanda virusun iki zülalına — “gp350” və “gp42”yə fokuslanıb. Birinci zülal virusun hüceyrəyə bağlanmasına, ikinci isə hüceyrə ilə birləşərək onun daxilinə keçməsinə cavabdehdir.

Nəticədə alimlər “gp350”yə hədəflənmiş iki, “gp42”yə qarşı isə səkkiz anticisim müəyyən ediblər.

Edilən əlavə analizlər virusun zəif nöqtələrini müəyyən etməyə imkan verib ki, bu da vaksinlərin hazırlanması üçün mühüm addım ola bilər. Son eksperimentlərdə “gp42”yə qarşı anticisim infeksiyanı tam bloklayıb, “gp350”yə qarşı anticisim isə yalnız qismən qoruma təmin edib.

Bu tədqiqat xüsusilə də orqan və ya sümük iliyi transplantasiyasından keçmiş pasiyentlər üçün əhəmiyyətli ola bilər. İmmunosupressiv terapiya səbəbindən onlarda virusun aktivləşməsi riski artır və bu, transplantasiyadan sonrakı limfoproliferativ xəstəliklərin, yəni ağır limfoma formalarının yaranmasına səbəb ola bilər.
 

“Belə ağırlaşmalar transplantasiyadan sonra xəstələnmə və ölüm hallarının əsas səbəblərindən biri olur”, – deyə Vaşinqton Universitetindən Reyçel Bender İqnasio bildirib.


Onun sözlərinə görə, virusun çoxalmasının qarşısının alınması bu riskləri azalda və müalicənin nəticələrini yaxşılaşdıra bilər.

Müəlliflər hesab edirlər ki, gələcəkdə bu anticisimlər yüksək risk qrupuna daxil olan pasiyentlərdə yoluxmanın və ya virusun yenidən aktivləşməsinin qarşısını almaq üçün infuziya şəklində tətbiq oluna bilər. Hazırda komanda təhlükəsizliyin yoxlanılması və klinik sınaqlara hazırlıq üzərində işləyir. (azərtac.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

End of content

No more pages to load

RADİO