Milli Məclisdən Fransa Milli Assambleyasının qətnaməsinə sərt REAKSİYA

“Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı 2022-ci il 1 dekabr tarixli açıqlamasında bildirilib.

“Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir.
Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.

Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur.

Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnaməni qəbul etdi


Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir.

Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir.

Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.

Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.
Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir.

Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmişdir.

Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmişdir.

Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar.
Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı”, - açıqlamada vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada antibiotikdən ölən hamilə qadınla bağlı xəstəxanadan AÇIQLAMA

Qubada antibiotikdən ölən hamilə qadınla bağlı xəstəxanadan AÇIQLAMA

Ermənistan hökuməti ABŞ ilə strateji əməkdaşlıq sazişini təsdiqlədi: "TRIPP" layihəsi başlayır

Ermənistan hökuməti ABŞ ilə strateji əməkdaşlıq sazişini təsdiqlədi: "TRIPP" layihəsi başlayır

Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

Azərbaycan əhalisi I yarımildə yanacağa nə qədər pul xərcləyib?

Azərbaycan əhalisi I yarımildə yanacağa nə qədər pul xərcləyib?

Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTO

Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTO

Flora Kərimova ilə bağlı üzücü xəbər

Flora Kərimova ilə bağlı üzücü xəbər

Arzumun məhkəməsi BAŞLAYIR

Arzumun məhkəməsi BAŞLAYIR

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu

Nağı Nağıyevə yüksək vəzifə verildi

Nağı Nağıyevə yüksək vəzifə verildi

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Neftin qiyməti 200 dollara kimi arta bilər - KRİTİK PROQNOZ

Neftin qiyməti 200 dollara kimi arta bilər - KRİTİK PROQNOZ

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Rusiyada bu şəxslərə növbədənkənar benzin veriləcək

Rusiyada bu şəxslərə növbədənkənar benzin veriləcək

Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə edəcək

Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə edəcək

Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

Hikmət Hacıyevin Pakistan televiziyasına MÜSAHİBƏSİ – Qardaş ölkə ilə bağlı MÜHÜM MESAJLAR – VİDEO

Hikmət Hacıyevin Pakistan televiziyasına MÜSAHİBƏSİ – Qardaş ölkə ilə bağlı MÜHÜM MESAJLAR – VİDEO

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO