İyulun 16-da Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin cəsədlərinin növbəti mübadiləsi həyata keçiriləcək.
Bizim.Media xatırladır ki, tərəflər həlak olan hərbçilərin humanitar missiya çərçivəsində qalıqlarının qaytarılması istiqamətində razılığa gəliblər.
Yeri gəlmişkən, bu cür humanitar mübadilələr tərəflər arasında gərginliyə baxmayaraq, xüsusi koordinasiya qrupları vasitəsilə mütəmadi olaraq davam etdirilir.
Bizim.Media