Ermənistan hökuməti iyulun 16-da keçirilən iclasında "Trampın beynəlxalq sülh və rifaha doğru yolu" (TRIPP) adlı layihə çərçivəsində strateji əməkdaşlıq üzrə çərçivə sazişini təsdiqləyib və onun ratifikasiya prosesinə start verib.
Bizim.Media xəbər verir ki, "TRIPP Development" şirkəti müəyyən edilmiş zonalarda torpaqdan istifadə və tikinti hüquqları əldə edir.
İlkin mərhələdə şirkətdəki səhmlərin 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistan Respublikasına məxsus olacaq.
49 illik ilkin müddət başa çatdıqdan sonra tərəflərin razılığı ilə saziş daha 50 il müddətinə uzadıla bilər. Bu halda, Ermənistanın payının 49 faizə çatdırılması təmin olunacaq.
Sazişə əsasən, Ermənistan Respublikası öz ərazisində dövlət sərhədinin idarə olunması, sərhəd nəzarəti, gömrük inzibatçılığı və bütün gömrük prosedurları üzərində tam suverenliyini və yurisdiksiyasını qoruyub saxlayır.
Qeyd edək ki, layihənin ratifikasiya prosesi ölkənin beynəlxalq investisiya mühitinin genişləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.
Bizim.Media