İlham Əliyev tanınmış alimin vəfatı ilə bağlı NEKROLOQA imza atdı

Prezident İlham Əliyev tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda bildirilib ki, Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın 29-da ömrünün 93-cü ilində vəfat etmişdir.

Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda) mühəndis-texnoloq kimi başlayan Musa Rüstəmov 1959–1988-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, 1988–2011-ci illərdə institutun direktoru olmuş, 2011-ci ildən ömrünün sonunadək müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri işləmişdir.

Musa Rüstəmov 1961-ci ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1973-cü ildə professor elmi adını almışdır.

O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Musa Rüstəmov neft kimyası və neftin emalı sahəsində tədqiqatları ilə Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Alimin rəhbərliyi altında modifikasiyaları dərin elmi əsaslar üzərində qurulan yeni nəsil katalitik krekinq sistemi yüksək səmərəliliyi ilə seçilərək, respublikamızda və onun hüdudlarından kənarda neft emalı sənayesində uğurla tətbiq olunmuşdur. Musa Rüstəmovun araşdırmalarında, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların yaradılması məsələləri öz əksini tapmışdır.

Alimin bilavasitə iştirakı ilə respublikada hidrogen energetikasına dair ilk tədqiqatlar aparılmış, enerji daşıyıcılarının gələcək istifadəsi konsepsiyası, Azərbaycanın neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.
Musa Rüstəmov 500-dən artıq elmi əsərin, həmçinin 10 kitabın və 60 patentin müəllifidir. O, elmi nailiyyətlərinə görə 130 müəlliflik şəhadətnaməsi almışdır. Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən Musa Rüstəmov 50-dək fəlsəfə doktoru və 15 elmlər doktoru hazırlamışdır. Alim xarici ölkələrdəki mötəbər simpozium və konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir.

Akademik Musa Rüstəmovun uzunmüddətli və məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir.

O, 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 1982-ci ildə respublika Dövlət Mükafatı laureatı olmuş, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüş, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Görkəmli alim və səmimi insan Musa İsmayıl oğlu Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Emin Əmrullayev

İsa Həbibbəyli

Tofiq Nağıyev

Vaqif Abbasov

Dilqəm Tağıyev

Vaqif Fərzəliyev.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistan hökuməti ABŞ ilə strateji əməkdaşlıq sazişini təsdiqlədi: "TRIPP" layihəsi başlayır

Ermənistan hökuməti ABŞ ilə strateji əməkdaşlıq sazişini təsdiqlədi: "TRIPP" layihəsi başlayır

Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

Azərbaycan əhalisi I yarımildə yanacağa nə qədər pul xərcləyib?

Azərbaycan əhalisi I yarımildə yanacağa nə qədər pul xərcləyib?

Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTO

Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTO

Flora Kərimova ilə bağlı üzücü xəbər

Flora Kərimova ilə bağlı üzücü xəbər

Arzumun məhkəməsi BAŞLAYIR

Arzumun məhkəməsi BAŞLAYIR

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu

Nağı Nağıyevə yüksək vəzifə verildi

Nağı Nağıyevə yüksək vəzifə verildi

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Neftin qiyməti 200 dollara kimi arta bilər - KRİTİK PROQNOZ

Neftin qiyməti 200 dollara kimi arta bilər - KRİTİK PROQNOZ

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Rusiyada bu şəxslərə növbədənkənar benzin veriləcək

Rusiyada bu şəxslərə növbədənkənar benzin veriləcək

Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə edəcək

Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə edəcək

Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

Hikmət Hacıyevin Pakistan televiziyasına MÜSAHİBƏSİ – Qardaş ölkə ilə bağlı MÜHÜM MESAJLAR – VİDEO

Hikmət Hacıyevin Pakistan televiziyasına MÜSAHİBƏSİ – Qardaş ölkə ilə bağlı MÜHÜM MESAJLAR – VİDEO

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

Fələstinin Baş naziri İlham Əliyevin qəbulunda – FOTO - VİDEO

Fələstinin Baş naziri İlham Əliyevin qəbulunda – FOTO - VİDEO

End of content

No more pages to load

RADİO