Prezident: “İşğalla bağlı vəziyyəti BMT deyil, Azərbaycan ordusu və xalqı dəyişdi”

“Müxtəlif ölkələrin ərazi bütövlüyünə fərqli yanaşması mövcuddur”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda sualları cavablandırarkən bildirib.

İlham Əliyev bildirib ki, işğal dövründə postsovet məkanında münaqişələrə yanaşmaların fərqli olmasına görə, Azərbaycan həmişə məyus olub:
 

MÖVZU İLƏ BAĞLI:

“Əgər gücünüz varsa, özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz” - Dövlət başçısı


“Ukraynaya qədər Gürcüstanda, Moldovada münaqişələrdən söhbət gedəndə həmin ölkələrin ərazi bütövlüyünü aşkar şəkildə dəstəkləyirdilər. Azərbaycanla bağlı halda biz vasitəçilərdən heç vaxt belə açıq yanaşma və ya bəyanat eşitmədik. Bizə, sadəcə, deyirdilər: “Siz razılığa gəlməlisiniz”. Amma biz soruşanda ki, “BMT Təhlükəsizlik Şurasının qətnamələri necə olsun?”, cavabında susurdular. “Helsinki Yekun Aktı necə olsun?”, cavabında susurdular. Onda biz dedik: “Yaxşı! Bu reallıqdır və biz bu reallığı dəyişəcəyik”. Biz bu reallığı dəyişməyə hazırlaşmağa başladıq. Məsələ belə olub”.

Dövlətimizin başçısı vurğulayıb ki, vəziyyəti beynəlxalq hüquq deyil, BMT deyil, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordu, bizim xalq, bizim siyasi iradəmiz dəyişib:

“Beləliklə, reallıq dəyişdirilməli idi. Bunu etməyə gücün varmı? Gücün varsa, bunu edirsən, yoxdursa, güc toplayırsan. Əgər sakit həyat istəyirsənsə, bu gerçəkliklə razılaşırsan. Biz başqa yol seçdik. Məndən soruşurdular ki, yuxusuz gecələrim olubmu? Bəli, işğal dövründə qəzəb hissinə görə, çox yuxusuz gecələrim olub.
Ona görə yox ki, nə isə baş verə bilər, bəzən onu başa düşdüyümə görə ki, bu, ədalətsizlik dünyanın necə idarə edilməsinin nəticəsidir. Biz yalnız müharibədə qalib gələndən sonra məndə ədalətə inam hissi əmələ gəldi. Mən ədalətə yenidən inanmağa başladım. Buna görə də sonda nə olacağını yenə bilmirəm. Bizimlə nə etdikləri aydındır. Bizim ərazi bütövlüyünün bərpasına yanaşmamız da məlumdur. Yəni, güclü olmaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - VİDEO

Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - VİDEO

Mədəniyyət Nazirliyi Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı - FOTO

Mədəniyyət Nazirliyi Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı - FOTO

Araz çayında batan şəxsin meyiti tapıldı

Araz çayında batan şəxsin meyiti tapıldı

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bakı Neft Terminalında güclü yanğın söndürüldü

Bakı Neft Terminalında güclü yanğın söndürüldü

Ərdoğan yeni səfirləri təyin etdi

Ərdoğan yeni səfirləri təyin etdi

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirildi

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirildi

Arazda bir nəfər boğuldu

Arazda bir nəfər boğuldu

İran parlamentində Qalibafın istefası tələb edildi

İran parlamentində Qalibafın istefası tələb edildi

“Delfin” tayfunu Çinin Çjetszyan vilayətinə çatdı - ANBAAN VİDEO

“Delfin” tayfunu Çinin Çjetszyan vilayətinə çatdı - ANBAAN VİDEO

Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər

Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər

Suriyada Rusiyanın hərbi bazalarının taleyi bəlli oldu: “Bundan sonra...”

Suriyada Rusiyanın hərbi bazalarının taleyi bəlli oldu: “Bundan sonra...”

Messi atasının vida mərasimi üçün doğma şəhəri Rosariyoya getdi

Messi atasının vida mərasimi üçün doğma şəhəri Rosariyoya getdi

Berlində 700 nəfər “Çılpaq velosiped yürüşü”ndə iştirak edib - FOTO

Berlində 700 nəfər “Çılpaq velosiped yürüşü”ndə iştirak edib - FOTO

Rusiya ordusu Ukraynada uşaqları daşıyan avtobusu hədəfə aldı - FOTO

Rusiya ordusu Ukraynada uşaqları daşıyan avtobusu hədəfə aldı - FOTO

Roma Papasından Ukraynada müharibənin dayandırılması ilə bağlı daha bir ÇAĞIRIŞ

Roma Papasından Ukraynada müharibənin dayandırılması ilə bağlı daha bir ÇAĞIRIŞ

Rzayi Xameneinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi oldu

Rzayi Xameneinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi oldu

Rusiyada xarici nömrəli avtomobillər üçün SƏRT QADAĞA

Rusiyada xarici nömrəli avtomobillər üçün SƏRT QADAĞA

Kosovoda deputat baş nazirə yumurta atdı - parlamentin iclası yarımçıq qaldı - VİDEO

Kosovoda deputat baş nazirə yumurta atdı - parlamentin iclası yarımçıq qaldı - VİDEO

Xarkovda ölənlərin sayı 3-ə çatdı - 37 yaralı var - FOTO

Xarkovda ölənlərin sayı 3-ə çatdı - 37 yaralı var - FOTO

Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Kür çayında 17 yaşlı qız batdı

Kür çayında 17 yaşlı qız batdı

Bakıda FACİƏ: 2 nəfər xilas olundu, bir nəfərin meyiti tapıldı

Bakıda FACİƏ: 2 nəfər xilas olundu, bir nəfərin meyiti tapıldı

Rusiyalı mütəxəssislər İrandakı “Buşehr” AES-ə qayıdır

Rusiyalı mütəxəssislər İrandakı “Buşehr” AES-ə qayıdır

End of content

No more pages to load

RADİO