Rusiyada xarici dövlət qeydiyyat nişanlı avtomobillər üçün yol cərimələrinin ödənilməsi müddətinin 2027-ci ildən etibarən 60 gündən 1 günə endirilməsi planlaşdırılır.
Müddət başa çatdıqdan sonra cərimə ödənilənədək avtomobilin saxlanılması mümkün olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə TASS hökumətin sərəncamı ilə tanış olduqdan sonra məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, mövcud 60 günlük müddət ərzində xarici nömrəli avtomobillərin sürücüləri ölkə ərazisini tərk edə bilirlər.
Bizim.Media