Rusiya ordusunun Xarkova endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 37 nəfər isə xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.
Dağıntıların aradan qaldırılması zamanı xilasedicilər Barni adlı pişiyi də taparaq xilas ediblər. Qorxmuş və çaşqın vəziyyətdə olan heyvanın sahibi artıq müəyyənləşdirilib.
Pişiyin yaxın zamanda sahibinə təhvil veriləcəyi bildirilib.


Bizim.Media