2023-cü ildə Azərbaycan “QİSAS-2” əməliyyatlarına başlayacaq – RUS və TÜRK ekspertlərin PROQNOZU

Ermənistanın son təxribatları yenidən “Qisas” əməliyyatını labüd edib. Müharibədən keçən son iki il ərzində sərhəddə atəşkəs pozulsa da bu dəfə erməni silahlı birləşmələri Şuşaya belə atəş açmaqdan çəkinmədilər. 

Xüsusən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən açılan atəşlər bir çox qaranlıq məqamlardan cavab verir. Pərdəarxası məqamlarıda ardıcıllıqla təhlil edək.

Bu həftə İrəvanda təşkil edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından öncə Putinin İrəvan səfəri Ermənistanda birmənalı qarşılanmadı. İrəvan küçələrində Putin əleyhinə sloqanlar səsləndi ki, belə olduğu təqdirdə Rusiyanın İrəvana münasibətində dəyişiklik sezildiyini görə bilirik.
 

Buna misal olaraq Rusiya Prezidenti Vladimir Putinin hərbi jurnalist Semyon Peqovu mükafatlandırması və Rus Sülhməramlılarının Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməsi kimi faktlarla göstərmək mümkündür.


Avrasiya problemlərinin Monitorinqi Mərkəzinin direktoru, politoloq Aslan Rubayev də təsdiq edir ki, bu gün Rusiya-Ermənistan münasibətlərində ciddi gərginlik var. İrəvanın Qərbyönümlü siyasəti Kremlin əməli addımlar atmağa sövq edir:

“Mən deyərdim ki, Rusiya ilə Ermənistan arasında münasibətlər heç də yüksək səviyədə deyil.

İstər Ermənistan vətəndaşları, istərsə də rəhbərliyi destruktiv yol tutaraq həm Rusiya, həm də Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istiqamətində heç bir addım atmırlar. Hazırda Ermənistan demək olar ki, yolayrıcında özünü itirmiş adama bənzəyir. Hara gedəcəyini bilmir. Ermənistanda Amerikanın, Sorosun maliyyələləşdirdiyi çox sayda fonda rast gəlmək mümkündür. Məncə, bu istiqamətdə əsas fiqurlardan biri Paşinyandır. Hansı ki, siyasətə təsadüfi gəlib. O, Ermənistan rəhbərliyinə bir neçə tapşırıqla gəlmişdi. Tapşırıqlardan biri Ermənistanın Rusiyadan uzaqlaşdırılması idi. Həmçinin Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq da bura daxildir. Bu tezislər ona vəzifəyə gəlməmişdən qabaq verilmişdi. Hazırda Paşinyan bu tapşırıqların öhdəsindən ustalıqla gəlir”, - deyə Rubayev qeyd edib.

Tanınmış analitik, Qafqaz üzrə ekspert Vadim Dubnov Bizim.Media-ya açıqlamasında bildirib ki, ziddiyyətlərin olması və erməni silahlı birləşmələrinin, daha dəqiq ifadə etsək, terrorçuların ərazidə qalması 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlıların əraziyə gəlməsi ilə sözügedən terrorçuların ərazidən çıxarılmaması bağlıdır.

“Mən erməni xalqının qəzəbini dramatikləşdirməzdim. Ərazidə toqquşma riskləri qalır.

Qarabağda erməni silahlı birləşmələri hələ də qalır. Onların ərazidə olması iki il əvvəlki birgə bəyanatın anlaşılmazlıq və ziddiyyətlərinin nəticəsidir. Burada ziddiyyətlər düyünü var. Anlaşılmazlıqlar səbəbindən ərazidə silahlı birləşmələr qalır və onların ərazidən çıxarılması da, çox çətin olacaq”, - deyə Dubnov əlavə edib.

Ərazidə gərginliyin olmasında bir çox başqa güclərində marağı olması heç kimə sirr deyil. Bir tərəfdən Avropa İttifaqının müşahidə misiyasının Ermənistan ərazisindən sərhəddə apardığı müşahidələrdir.
 

Ərazidə qalmaq vaxtlarına az qaldığı üçün erməni tərəfi Azərbaycanın cavab tədbirləri görməyə sövq edir ki, bununla da dünya ictimaiyyətində yenidən çaşqınlıq yaratmaq ideyasındadırlar. Digər tərəfdən geosiyasi faktorların olmasıda gərginliyi artıran səbəblərdəndir. 


Rusiya prezidenti yanında beynəlxalq əlaqələr şurasının Rəyasət Heyətinin üzvü Bogdan Bezpalko da Bizim.Media-ya açıqlamasında bu faktlardan danışıb. 

“Mən elə düşünürəm ki, Qafqazda gərginliyin saxlanılmasında geosiyasi oyunçuların marağı var.

Buna misal ABŞ-ı gətirmək olar. Qafqazda sərbət olmaq istəyən dövlətlərin hərəkətləri onların xoşuna gəlmir. Buna Azərbaycanı, Türkiyəni, İran və Rusiyanı göstərmək olar.

Məncə ABŞ hər zaman Qafqazda stabilliyin pozulmasına görə əlindən gələni edəcək.

Ermənistanda isə ABŞ-dan maliyələşən bir sıra qurumlar, təşkilatlar mövcuddur. Buna görə də, belə demək olar ki, Ermənistan rəhbərliyində hətta burdan maliyə dəstəyi görən, hətta Sorosda təlimlər keçən adamları görmək mümükündür. KTMT-nin üzvü olan və buradan maddi gəlir görən Ermənistan rəhbərliyi həm də Rusiyadanda ayrılmaq istəmir. Bu səbəbdən də münaqişənin baş verməsi qaçılmazdır”, - deyə B.Bezpalko qeyd edib.

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin isə gərginlikdə Rusiyanın əlinin olduğunu qəbul etmir. Buna səbəb Rusiya-Ermənistan münasibətləri və Paşinyanın Qərbə olan ümüdüdür: 

“Ermənistanın hazırkı hakimiyyəti Rusiyanın müttəfiqidirmi?

Bu, hələ də cavab almadığımız sualdır. Amma o qədər eyhamlar almışıq ki, Paşinyan və Xaçaturyan başda olmaqla, Ermənistan Rusiyanın müttəfiqi ola bilməz və təbii ki, ikili siyasət yürüdürlər. Onlar yalnız Qərb ölkələrindən gələn əmrləri yerinə yetirməyə çalışırlar. Eyni zamanda Rusiyanın sorğularına heç bir şəkildə cavab vermirlər və təəssüf ki, Qarabağda münaqişənin gərginləşə biləcəyi faktını göstərirlər.
 

NATO ölkələrinin qoşunlarının bölgəyə cəlb edilməsinin mümkün olması faktı var.


Bu onu göstərir ki, Ermənistan Brüsseldən, Parisdən gələn göstərişlərə tam əməl edir və bununla bağlı yalnız bir şey tələb olunur - Moskvanın münasibəti dəyişdirilməli, yenidən formatlaşdırılmalıdır. Qərb dövlətlərinin qoşunlarının Cənubi Qafqaz ərazisində yer almasına imkan verməyəcəyinə mütləq təminat verən Rusiyadır”, A.Bredixin əlavə edib.

Açıq qalan digər sual Qarabağdakı seperatçıların kim tərəfindən maliyələşməsidir. Türkiyəli siyasi şərhçi Orhan Sarıkaya bildirir ki, Fransa, İran faktorunu unutmaq olmaz: 

“Bir tərəfdən erməni terrorçular, digər tərəfdən Rusiyanın problemin həll edilməməsi üzərinə qurduğu hərbi, siyasi mənzərəyə baxdığmızda gördüyümüz mənzərə çox dəqiqdir. – Təəssüf ki, təəssüf ki, Qafqazda yenə də, eyni formada hərbi hərəkətliliyin artacağını görəcəyik. Xüsusən də 2023-cü ilə diqqət yetirməliyik.

Gələn il ciddi toqquşmaların olacağı proqnoz edilir.

Digər bir məsələ isə erməni terrorçuları kimlərin dəstəkləməsidir. Əlbətdə ki, Rusiyanın yaratdığı təhlükəsiz bölgədə bunlara silah-sursat verdiyi açıq aşkardır.
 

Bəs maliyəçilər kimlərdir? – Fransa. Hansı ki, ərazidəki qiymətli mədənləri işlədən və hazırda əlindən çıxan Fransa.


Əlbətdə ki, Amerika. Rusiyanı isə deməyə heç lüzum da yoxdur.

Bir də bu işə logistik dəstək verən bir ölkə var. – O da İran.  Burada həm hərbi, həm logistik olaraq İranın da aktiv rolu bölgənin daha da qarşıcağı siqnalını verir”. 

Rusiyanın dondurulmuş münaqişə üzərindən siyasət yürütdüyü fikrinə toxunan Sarıkaya, balanslaşdırılmış siyasi sferalarda yenidən dəyişiklik olacağını qeyd edir:

“Ermənistanla Azərbaycan arasındakı gərginlikdə azalma müşahidə edilmir. Putinin İrəvana səfərindən sonra erməni xalqının aksiyaları davam etdi. Əslində Qarabağ münasibətlərində problemlərin həll edilməməsi üçün Putinin yürütdüyü siyasət onun özünü vurmağa başladı. Belə də deyə bilərik ki, Putin nə İsaya, nə də Musaya yarana bildi. Burada bir reallıq var. Bir tərəf deyir ki, Qarabağ Azərbaycan torpağıdır, o biri tərəf, yəni Ermənistan deyir ki, 30 illik işğaldan sonra ərazilərin ön idarəetməsində olmağını istəyir. Putinin Paşinyanla görüşməsi, Əliyevlə danışıqlarına baxdıqdan sonra görürük ki, Putin yenə də problemin həll edilməməsi istiqamətində siyasətini qurur. Burada təhlükəsiz bölgə dediyimiz ərazilər var. Bu bölgələrdəki erməni silahlıları terroru alovlandırdıqlarını görürük”, - deyə O.Sarıkaya əlavə edib.
 

Mənzərə göz önündə açıqdır, Azərbaycanın siyasəti isə hər kəsə bəllidir. 30 illik tarixi ədaləti bərpa edən Azərbaycan təxribatların da qarşısını layiqincə alacaq.


Ya “Qisas” əməliyyatı, ya “anti-terror”. Adının nə olmasından asılı olmayaraq tək reallıq var, - heç bir qüvvə Azərbaycana qarşı təxribat edə bilməz. Yaxşı olardı ki, Ermənistan sonuncu sentyabr döyüşlərini xatırlasın. Əgər Ermənistan gücün beynəlxalq hüquqdan üstün olduğu bir dövrdə Azərbaycan əsgərlərini İrəvanda görmək istəmirsə, təxribatlara son verməlidir.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

End of content

No more pages to load

RADİO