Xəzər dənizinin Nabran sahillərində hər yay təkrarlanan bir mənzərə artıq adiləşib. Dəniz kənarında dincəlməli, çimərlikdə günəşlənməli insanların yerini iri buynuzlu heyvanlar tutub.
Bizim.Media-nın çəkiliş qrupu bu yay mövsümündə də Nabran sahillərində eyni vəziyyətin şahidi olub.
Heyvanlar çimərlik ərazisində sərbəst hərəkət edir, kölgəliklərin, bisetkaların yanında uzanır və qum zolağı boyunca hərəkət edirlər. Mənzərə isə hər il təkrar olunur. Bu azmış kimi, çimərlikdə antisanitar vəziyyət də diqqət çəkir.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu