ABŞ Dövlət katibi Marko Rubio prezident Donald Trampın Braziliyadan olan idxalın böyük bir hissəsinə 25% həcmində gömrük rüsumu tətbiq edilməsi barədə göstəriş verdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Rubio vurğulayıb ki, ABŞ-ın bu addımına şübhə yeri qoyulmamalıdır: Braziliya prezidenti Lula və onun hökuməti ABŞ ilə xoşməramlı danışıqlar aparmayıb.
Dövlət katibi Braziliya rəhbərliyinin iqtisadi kursunun həm amerikalılar, həm də braziliyalılar üçün zərərli olduğunu bildirib.
Rubionun sözlərinə görə, son bir il ərzində Prezident Lula ölkəsinin rifahını təmin edəcək razılaşmalar əvəzinə öz şəxsi ambisiyalarını (eqosunu) üstün tutub.
Bu qərar iki ölkə arasında iqtisadi münasibətlərdə ciddi gərginlikdən xəbər verir.
Bizim.Media