Xankəndidə mitinq təşkil etmək Rusiyanın nəyinə lazımdır? - TƏHLİL

Oktyabrın 30-da Xankəndində – Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında separatçılara dəstək aksiyası keçirildi.  Aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib. Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub. Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.

Erməni mənbələrinin bu iddiası reallığa çox yaxındır. Çünki, separatçılar Qarabağda ən xırda addımlarını da rusların razılığı ilə atırlar. Ona görə də 25 minə yaxın erməninin yaşadığı Qarabağda belə bir kütləvi aksiyanın baş tutması erməni KİV-lərinin fikirlərini təsdiq edir. 

Bəs, Rusiya sülhməramlı kontingentinin komandanına belə bir aksiyanın keçirilməsi tapşırığını kim verib?
 

MÖVZU İLƏ BAĞLI:

“Laçın dəhlizinin bağlanması an məsələsidir” - Xankəndi etirazlarının MÜMKÜN NƏTİCƏLƏRİ 


Cavab aydındır. General Volkova belə bir göstəriş ancaq Kremldən verilə bilər. İkinci ehtimal yoxdur. 

Elə isə bu aksiya Moskvanın nəyinə lazımdır?

Bu sualınsa kifayət qədər çoxlu cavabı var.

Birincisi, Xankəndində keçirilən aksiyanın Soçi görüşündən bir gün əvvəl təşkil edilmısi onu göstəriri ki, Kremli bu tədbir vasitəsi ilə göstərmək istədi ki, Qarabağ onun təsir altında və idarəçiliyində olan bir bölgədir.

İkincisi, Xankəndindəki bəlli aksiyalarda Paşinyanın əleyhinə kifayət qədər çox çağırışlar səsləndi. Bununla da Moskva Paşinyana mesaj verdi ki, Qərbə nə qədər bel bağlasan da sənin taleyin burada həll olunur. Burdakı elektoratsa Moskvadan idarə olunur. Bəlkə də elə buna görə erməni Baş nazir Soçiyə çox çaşqın getmişdi. Və görüşlərdə həyəcanlı olduğu açıqca sezilirdi. Təsadüfi deyil ki, Putunlə görüşdə 2 dəqiqəlik çıxışını da Paşinyan üzündən oxudu. Çox ehtimal ki, bu çıxış da Kremlin dəhlizlərində hazırlanmışdı.

Üçüncüsü, aksiyanın kütləviliyi Azərbaycana qarşı bir əzələ nümayişi idi. Təşkilatçılar bu kütləviliklə göstərmək istəyirdilər ki, Qarabağda kifayət qədər erməni yaşayır. Və bu qədər elektorat davamlı şəkildə Qarabağın Azərbaycanın  tərkibindən çıxması ilə bağlı çağırışları gündəmə gətirə bilər. Bununla da Azərbaycana əlavə başağrısı yaradıla bilər. 

O ki, qaldı aksiyanın təşkilatçılarına. Bu məsələdə Volkov tək deyil. Bu məsələdə əsas fiqur Rusiyalı milyarder Ruben Vardanyandır. Bir müddət əvvəl Rusiya vətəndaşlığından “imtina edən”  bu erməni gədəsi Xankəndinə gələndə hər kəs bilirdi ki, o burda sakit durmayacaq. O, Kremlin “xüsusi təyinatlı” agentidir. Və Xankəndində son aksiyanın əsas təşkilatçısı və maliyyəçisi də məhz Vardanyandır.

Aksiyaya toplaşanlar çox yəqin ki, Vardanyanın pulu ilə Ermənistandan xüsusi avtobuslar vasitəsi ilə Xankəndinə gətirilmişdi. Belə olmasa idi bu mütəşəkkil aksiya ən azı bir neçə gün davam edərdi. Amma konkret saat  və konkret qonarar müqabilində aksiyaya qatılanlar yəqin ki, əlavə vaxt üçün əlavə qonarar tələb ediblər. Ona görə də aksiyanın müddəti çox qısa oldu.


Bəs, aksiyanın təşkilatçıları istədiklərinə nail oldularmı?

Buna müxtəlif prizmadan baxmaq lazımdır. İlk baxışdan Moskva Paşinyana təsir baxımından istədiyinə nail oldu. Təsadüfi deyil ki, Soçidə Paşinyan özünü çox üzüyola və əlacsız kimi aparırdı. 

Lakin, Azərbaycanın maraqları baxımından bu aksiya heç bir xüsusi əhəmiyyət kəsb etmədi. Əksinə, bu oyun Azərbaycanı daha prinsipial və qətiyyətli olmağa sövq etdi.

Təsadüfi deyil ki, Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyev açıq və konkret şəkildə Rusiya Prezidenti Vladimir Putinə bildirdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb:

“O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik”.

Vəssəlam!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

End of content

No more pages to load

RADİO