Sonuncu İran şahının oğlu ABŞ və Qərb ölkələrinə müraciət etdi

İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ və Qərb ölkələrini İranda tətil edən fəhlələrin ailələrini dəstəkləmək məqsədilə fond yaratmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

Rza Pəhləvi ABŞ və digər Qərb ölkələrindən İran xalqını təkcə mənəvi cəhətdən dəstəkləməklə kifayətlənməməyi xahiş edib.

Onun sözlərinə görə, Qərb İran fəhlələrinin indiki etiraz aksiyalarını nəzərə alaraq onların ailələrinə yardım üçün tətil fondu yarada bilər.

Rza Pəhləvi İran hərbi-polis qüvvələrinin Tehranda Şərif adına Texnologiya Universitetinə silahlı hücumu ilə bağlı ABŞ Prezidenti Cozef Baydenə müraciət edərək yazıb: “Cənab Bayden, Siz indiyədək bizim insanlara yardım etməmisiniz”.

O, İran hakimiyyətinə qarşı sanksiyaların sərtləşdirilməsinə çağıraraq yazıb ki, rəsmi Vaşinqton heç olmazsa insanların üzərinə atılan güllələrin alınmasının maliyyələşdirilməsinə imkan verməsin.
Rza Pəhləvi əlavə olaraq bildirib ki, İslam Respublikası Şərif Universiteti tələbələrini güllələdiyi bir vaxtda ABŞ İran hakimiyyətinə milyardlarla dollar göndərməyi planlaşdırır.

Qeyd edək ki, İranda hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə Məhsa Əmininin qətlə yetirilməsinə qarşı etiraz aksiyaları davam edir.

Xatırladaq ki, İranın “Nournews” mətbu orqanı ABŞ sanksiyalarına görə İranın dünya banklarındakı dondurulan hesablarının açılacağı barədə xəbər yayıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın reytinqi tarixi minimuma düşdü

Trampın reytinqi tarixi minimuma düşdü

Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Fars körfəzi ölkələri İrandan dəymiş ziyanı ödəməsini tələb etdi

Fars körfəzi ölkələri İrandan dəymiş ziyanı ödəməsini tələb etdi

"Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi - VİDEO

"Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi - VİDEO

Zelenski: "Ukrayna ordusu Rusiyanın ələ keçirdiyindən daha çox ərazini azad edib"

Zelenski: "Ukrayna ordusu Rusiyanın ələ keçirdiyindən daha çox ərazini azad edib"

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Türkiyənin iki çarter reysi Rusiyaya eniş edə bilmədi - 400-dən çox sərnişin ÇƏTİN DURUMDA

Türkiyənin iki çarter reysi Rusiyaya eniş edə bilmədi - 400-dən çox sərnişin ÇƏTİN DURUMDA

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Çin bunu da bacardı: Robot at - VİDEO

Çin bunu da bacardı: Robot at - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu - ÖLƏN VAR

Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu - ÖLƏN VAR

ANS nümunəsi və Celal Çiftçi işi

ANS nümunəsi və Celal Çiftçi işi

Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı

Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

End of content

No more pages to load

RADİO