Türkiyə aviaşirkətlərinə məxsus və Rusiyaya uçan iki çarter təyyarəsi Rusiya aeroportlarının infrastrukturuna yönələn hücumlar səbəbindən Minskin Milli Hava Limanına yönəldilib.
Bizim.Media xəbər verir ki, bu barədə İnterfaks agentliyi yazıb.
Rusiyanın Belarusdakı səfirliyi təyyarələrin göyərtəsində ümumilikdə 400-dən çox sərnişinin olduğunu deyib.
Rusiya hava limanlarının təhlükəsizlik riskləri və infrastrukturuna hücumlar səbəbindən reyslər təcili olaraq Belarusun paytaxtı Minskə yönəldilib.
Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və diplomatik missiyanın əməkdaşları Minsk Hava Limanına gələrək sərnişinlərə lazımi köməklik göstəriblər.
Belarus tərəfi ilə razılaşdırılaraq gələn sərnişinlər pulsuz isti yeməklə təmin olunublar. Hazırda Rusiya vətəndaşlarının öz vətənlərinə qaytarılması üçün bir neçə alternativ variant nəzərdən keçirilir.
Bizim.Media