Bakıda 21 yaşlı oğlan bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi və xəsarətin kim tərəfindən yetirildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media